Məşqlərini Bakıda davam etdirən "Kəpəz" yoxlama oyununda qüvvəsini sınayıb. Fanat.az xəbər verir ki, Gəncə klubu I divizion təmsilçisi “Qaradağ Lökbatan”la qarşılaşıb.
Matç “Dalğa Arena”da baş tutub. Oyun “sarı-göylər”in 2:0 hesablı qələbəsi ilə sona çatıb. Gəncə klubundan qolları Murad Ağakişiyev və Şəhriyar Rəhimov vurub.
Qeyd edək ki, “Kəpəz” bundan öncə Bakıda keçirdiyi 3 yoxlama oyununun hamısında qalib gəlmişdi. Nizami yurdunun təmsilçisi “Sumqayıt”ı 1:0, AZAL-ı 2:1, U-19 yığmasını isə 4:1 hesabı ilə məğlub etmişdi. Komanda Gəncədəki seleksiya xatakterli toplanış zamanı isə Qəbələnin həvəskarlardan ibarət komandası ilə "sülh" bağlamış (1:1), "Turan Tovuz"a qalib gəlmişdi (2:1).
Fanat.az