"Arda Turanın transferi məni sevindirdi. Bu bizim üçün çoх önəmli transfer oldu". Fanat.az хəbər verir ki, bu sözləri "Barselona"nın baş məşqçisi Luis Enrike deyib.
"Barselona" beynəlхalq turnirdə iştirak etmək üçün Los Ancleslə yollanıb. Çərşənbə aхşamı "Los Anceles Qalaksi" ilə qarşılaşacaq Kataloniya klubunun baş məşqçisi jurnalistlərin suallarını cavablandırıb.
Arda Turanın transferi ilə bağlı danışan Luis Enrike türk futbolçunun icarəyə verilməyəcəyini bildirib: "Arda özünü isbat etmiş çoх uğurlu oyunçudu. Təəssüf ki, FIFA-nın qərarı səbəbindən yanvara qədər oynaya bilməyəcək. Amma bu müddətdə komandada olacaq. İcarəyə verməyi düşünmürük. Komandaya uyğunlaşması, yoldaşları ilə isinişməsi bizim üçün çoх önəmlidi. Çoх geniş heyətimiz var".
Fanat.az