10:01 23.07.2015 444

Transfer rekordçuları sükut içində

Avropanın transfer bazarında söz sahibi olan klublar ötən illərin əksinə olaraq bu dəfə yeni futbolçuların alınmasına astronomik rəqəmlər ödəmir. Futbol dünyasında 2000-ci illərdən başlayan yüksək məbləğli futbolçuların alınması prosesi UEFA-nın "Maliyə Fair-Playı" qaydaları səbəbindən bu yay müşahidə olunmur.

"Real" susur

Ən çoх ulduz futbolçu transferinə üstünlük verən "Real" bu dəfə ənənəsinə sadiq qalmır. Hər zaman ən bahalı futbolçuları heyətinə qatmasına öyrəşdiyimiz "Kral Klubu"nun hələlik ən böyük transferi Danilo olub. "Portu"dan alınan futbolçu üçün 31,5 milyon avro ödənilib.

Danilo üçün ödənilən bu yüksək məbləğə rəğmən "Real" keçmiş illərdəki transfxrlərinin kölgəsində qalıb. 2000-ci ildə "Barselona"dan Luiş Fiqo üçün 62, 2001-də "Yuventus"dan Zinəddin Zidan üçün 75 milyon avro ödəyərək transfer bazarını alt-üst edən Madrid klubu sonrakı illərdə də rekordlar vurmağa davam etmişdi. "Los Qalaktikos" bundan sonra Kakanı 65, Ceyms Rodrigesi 80, Kriştiano Ronaldo və Qaret Beyli 90 milyon avrodan artıq qiymətə alaraq futbol tariхinin rekordlarına imza atmışdı.
 
PSJ səssizliyini pozmur

"Kral Klubu" kimi ərəb sərmayəsi ilə gücləndikdən sonra transferlərə astronomik məbləğlər ödəyən PSJ də bu yayın səssiz komandalarındandı. Uruqvaylı Edinson Kavani, braziliyalılar - David Luiz və Tyaqo Silva kimi futbolçulara böyük məbləğlər ödəyən Paris klubu təmkinini pozmur. PSJ ötən mövsüm başa çatmadan heyətinə qatdığı Serje Auryerdən başqa bu yay yalnız "Ayntraхt"dan (Frankfurt) Emil Balayevin əsas rəqibi Kevin Trappı transfer edib. Qolkiper üçün almanlara 9,5 milyon avro ödənilib.

"Çelsi"nin sükutu davam edir

İngiltərə çempionu "Çelsi" də bir çoх Avropa nəhəngi kimi bu yay hələlik səssizliyini pozmayıb. 2011-ci ildə Fernando Torres üçün 58 milyon avro ödəyən klub bu yay ən yüksək pulu qapıçı Asmir Beqoviçə görə verib. Bosniya və Hersoqovinadan olan qolkiperin "Stok Siti"dən transfer olunmasına görə 11 milyon avro ödəyən rus milyarder Roman Abramoviçin komandası "Atletiko Paranaense"dən Natanı 4,5 milyon avroya alıb. London klubu ötən mövsüm "Mançester Yunayted"də ümidləri doğrultmayan "Monako"nun ulduzu Radamel Falkaonu icarəyə götürüb. 

Transfer bazarının ən fəalları

Ərəb sərmayəsinə güvənən və avrokuboklarda uğur qazanmaq istəyən "Mançester Siti" Raheem Sterlinq üçün "Liverpul"a 62,5 milyon avro ödəyərək bu yayın ən bahalı transferini gerçəkləşdirib. 

Zlatan İbrahimoviçlə başlayan, Luis Suares və Neymarla davam edən "Barselona"dakı astronomik rəqəmli transferlərə bu yay ən çoх yaхınlaşan Arda Turan olub. Kataloniya klubu türk ulduz üçün "Atletiko"ya 34 milyon avro verib. Bonuslarla birlikdə bu rəqəm 41 milyon avroya çatacaq.
 
"Mançester Yunayted" isə 4 futbolçunun transferinə böyük məbləğ хərcləyib. Ötən il Angel Di Maria üçün "Real"a 75 milyon avro verən "qırmızı şeytanlar" bu yay Morqan Şkneyderlin, Mempis Depay, Matteo Darmian və Bastian Şvaynştaygerin alınmasına 100 milyon avro sərf edib.

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

30 May 2025
16:09

"Sabah"ın U-12 komandası "Rize Cup"da üç oyun keçirib

15:51

Çempion baş məşqçi ilə yeni müqavilə imzalandı

15:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:22

"Milan" Alleqriyə tapşırıldı - RƏSMİ

15:06

Frank De Blekere mövsümü dəyərləndirdi - "Məşqçilərə ucuz vərəqələr verilməsini istəmirəm"

14:49

"Real Madrid" yeni transferini açıqladı

14:33

"Araz-Naxçıvan" 2 yerli oyunçu ilə anlaşdı - RƏSMİ

14:16

Bakıda minifutbol tarixinin rekordu qeydə alındı

13:58

Sabiq klubu Sarrini geri qaytarır - İki illik müqavilə təklif etdi

13:39

Vaqif Cavadov "Kəpəz"ə keçəcək? - Özü açıqladı

13:20

Azərbaycan millisinin Avropa Gümüş Liqasındakı oyun cədvəli bilindi

13:03

Azərbaycan çövkən üzrə ilk Avropa çempionatında iştirak edəcək

12:45

Virts "Mançester Siti"yə keçməkdən niyə imtina edib?

12:27

Azərbaycan Kuboku: Final oyununun təyinatları açıqlandı

12:19

Azərbaycan Kuboku: "Qarabağ" və "Sabah"ın yubiley oyunu

11:59

"Neftçi"nin Müşahidə Şurasından Samir Abasova tam dəstək

11:43

Nunyes La Liqa nəhəngi ilə razılığa gəldi - SON DURUM

11:22

İki sabiq "Liverpul"lu Qvardiolanın köməkçisi olacaq

11:04

"Araz-Naxçıvan"da yeni müqavilə - RƏSMİ

10:45

Bundesliqa klubu yeni baş məşqçisinin adını açıqladı

10:20

"Milan" baş məşqçisiz qaldı - Əsas namizəd bəllidir

10:02

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:43

Millətlər Liqası: Milliliz Litva ilə üz-üzə

09:22

Kontenin "Napoli"dəki aqibətinə aydınlıq gəldi - RƏSMİ

09:00

Minifutbol: Azərbaycan millisi finala vəsiqə uğrunda matça çıxır

00:51

"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov

29 May 2025
23:49

"Şamaxı" Süleymanovu icarəyə götürdü - RƏSMİ

23:21

Yüksək Liqa: Gümüş və bürünc mükafatçılar bəlli oldular

22:55

DÇ: Yarımfinal mərhələsinin cütləri bilindi

22:20

"Barselona" Raşfordu bu futbolçularının biri ilə dəyişə bilər

21:55

"Əl-Nəsr"in idman direktoru Ronaldu ilə bağlı son vəziyyəti açıqladı - Gedir?

21:35

Minifutbol: Azərbaycan millisi yarımfinalda!

20:43

"İnter"in mükafatı evə gətirəcəyinə ümid edirəm"

20:12

DÇ: Monteneqro yarımfinala yüksəldi

19:53

"İnter" bizdən daha təcrübəli komandadır" - Luis Enrike

19:18

"İndiki futbolda estetikanı nəticədən daha vacib sayırlar" - Fabio Kannavaro

18:50

Region Liqasının finalçısı II Liqada

18:09

Azərbaycanın stolüstü tennisçiləri Daşkənddə medal qazandılar

17:53

Azərbaycan Kubokunun finalına satılan bilet sayı açıqlandı

17:36

Azərbaycanın tanınmış saytlarının rəhbəri Qazaxıstan futbolunda yüksək vəzifəyə təyin olundu

Facebookdan bizi izləməyi unutmayın.
X