“Kəpəz”in əvəzedici komandası yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, "sarı-göylər" son sınaq matçında səfərdə “Turan Tovuz”la qarşılaşıb.
Oyunun ilk hissəsində hesab açılmayıb. Fasilədən sonra isə "Kəpzə" hesabı dəyişib. İsmayıl Aslanov I divizion təmsilçisinin qapısına yol tapıb. Amma gəncəlilər qələbə hesabını sonadək qoruya bilməyiblər. Rəqib hesabı bərabərləşdirib - 1:1.
Qeyd edək ki, bu oyun tərəflərin hazırlıq dönəmində ikinci qarşılaşması olub. Ötən ay Tovuzda reallaşan görüşdə meydan sahibləri 2:1 hesabı ilə qalib gəlmişdilər.
Fanat.az