16:22 13.08.2015 432

Müəllimləri Cavid Hüseynovu bölüşə bilmir

2 gün əvvəl bir neçə xəbər portalında «Turan»ın keçmiş baş məşqçisi Naci Şensoyun şəxsi feysbuk səhifəsində Cavid Hüseynovla bağlı yazdığı statusu özündə əks etdirən xəbər dərc olunmuşdu. Statusda Naci bəy Cavid Hüseynovun həbsi ilə bağlı fikirlərini bildirməklə yanaşı, futbolçunun onun yetirməsi olduğunu, «Turan»a küçədən gətirdiyini və futbolun sirlərini öyrətdiyini göstərmişdi: 

«2004/05 mövsümündə Azərbaycanın “Turan” komandasında işlədiyim zaman küçədən tapıb futbolun ilk sirlərini öyrətdiyim və Azərbaycan millisinə qədər yüksəlməsində əməyim keçən Cavid Hüseynovun bu cür duruma düşməsinə çox üzüldüm…». Bu gün həmin status və statusa əsaslanmış xəbərlə bağlı Respublika İdman Olimpiya Liseyinin tərbiyə işləri üzrə direktor müavini Rəhman Tağıyev bizimlə əlaqə saxlayaraq Naci bəyin Cavidin onun tələbəsi olduğu barədə fikirlərinin yalnış olduğunu bildirdi. Rəhman müəllim uzun illərdir ki, həmin internat məktəbdə çalışır. Neçə-neçə peşəkar idmançının, futbolçunun, o cümlədən Şahin Diniyev, Tərlan Əhmədov, Arif Əsədov və digərlərinin yetişməsində zəhməti olub. Rəhman müəllim Şensoyun fikirlərinə etirazını bildirdi və Cavidin heç də küçədən tapılmadığını və onun tələbəsi olduğunu söylədi: «Cavid bizim məktəbə gələndən 5-ci sinifdə oxuyurdu. Özü də futbolla yox, gimnastika ilə məşğul olurdu. Onun boy-buxunu, istedadını sezib futbol sinfinə keçirmək istədim. Doğrudur, o vaxt gimnastika müəllimi Elxan müəllim buna qarşı çıxdı. Lakin böyük çətinliklə istəyimə nail oldum və Cavid 6-ci sinifdən etibarən futbolla məşğul olmağa başladı. Ağıllı, tərbiyəli, nizam-intizamlı uşaq idi. Məşqlərə və dərslərə ciddi yanaşırdı. 2004-cü ildə başqa bir tələbəm Ramiz Məmmədov məktəbə gəlmişdi və Cavidgilin məşqini izlədi. Onda Cavid 11-ci sinifdə oxuyurdu. Ramiz isə «Turan»da oynayırdı. Cavid Ramizin xoşuna gəldi və onu Naci Şensoyla məsləhətləşərək «Turan»a aparmaq istədiyni bildirdi. Razılaşdıq. «Turan»da bir neçə məşq keçədndən sonra Naci Şensoy onu komandaya götürdü. 2005-ci ilin əvvəlində «Turan»ın təlim-məşq toplanışı zamanı Naci bəylə görüşdük və Cavid haqqında söhbət etdik. Ona bildirdim ki, Cavid şəhid övladıdı, istedadlı futbolçu, tərbiyəli uşaqdı. Cavabında Naci bəy şəhid övladı olduğuna görə Cavidə daha çox diqqət yetirəcəyini söylədi. Sözümün canı odur ki, Şensoy Cavidin bizim məktəbin tələbəsi, müəlliminin isə kim olduğunu bilə-bilə niyə görə onu öz adına çıxarır? Hətta onu küçələrdən komandaya götürdüyünü yazır. Məgər Cavid yiyəsiz idi ki, küçələrdə qalmışdı? Şeynsoyun bu fikirləri mənə çox pis təsir etdi. Ayıb olsun!»

Rəhman müəllimdən Cavidin Kiprdə etdiyi hərəkət və həbsi ilə bağlı da fikirlərini öyrəndim. Təcrübəli pedaqoq həmkarımız Rasim Əliyevin qətlində Cavidin günahı olmadığı fikrindədir: «Cavid Kiprdəki oyundan sonra Bakıya qayıdan kimi onunla əlaqə saxladım, etdiyi hərəkətin səhv olduğunu söylədim. Belə hərəkətlər peşəkar futbolçuya yaraşmayan hərəkətlərdi. Özü də səhv etdiyini anlamışdı. Mənə bizimkilərin Kiprdə hər addım təhqir olunduqlarını, pis münasibətlə üzləşdiklərini bildirdi. Bayrağımızın yandırılması da ona yaman təsir etdişdi. Bu üzdən emosiyalara qapıldığını və istəmədən bu cür jest etdiyini söylədi. Bakıda keçirilən oyundan sonra kiprli jurnalistə qarşı etdiyi hərəkətlə bağlı da söhbətimiz olmuşdu. Heç kimə hörmətsizlik etmədiyini demişdi. Jurnalist Rasim Əliyevin ölümü ilə bağlı isə onu deyə bilərəm ki, bu xəbəri eşidəndə çox üzüldüm. Rasim də bizim balamız idi. Amma onun ölümündə tələbəmin günahkar olduğuna inanmıram. Hadisə baş verib və düşünürəm ki, günahkarlar layiqli cəzasını alacaqlar. Bir məqama da toxunum, Rasimin qətlə yetirilməsində günahkar bilinən Elşən də bizim məktəbin tələbəsi olub. Amma onun müəllimi mən olmamışam və bu üzdən Elşən haqqında nəsə bir söz deyə bilmərəm. Cavid haqqında isə… Yenə də təkrar edirəm, Cavidin günahsız olduğu fikrindəyəm. Çünki Cavidi yaxşı tanıdığımdan onun belə bir hərəkət edəcəyinə inanmıram. Güman ki, Rasimi döyən uşaqlar bunu Cavidin fanatı olduğu və ona xoş gəlmələri üçün ediblər. Sadəcə ağılsızlıqdır».

"Het-trik news" qəzeti
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

30 May 2025
16:09

"Sabah"ın U-12 komandası "Rize Cup"da üç oyun keçirib

15:51

Çempion baş məşqçi ilə yeni müqavilə imzalandı

15:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:22

"Milan" Alleqriyə tapşırıldı - RƏSMİ

15:06

Frank De Blekere mövsümü dəyərləndirdi - "Məşqçilərə ucuz vərəqələr verilməsini istəmirəm"

14:49

"Real Madrid" yeni transferini açıqladı

14:33

"Araz-Naxçıvan" 2 yerli oyunçu ilə anlaşdı - RƏSMİ

14:16

Bakıda minifutbol tarixinin rekordu qeydə alındı

13:58

Sabiq klubu Sarrini geri qaytarır - İki illik müqavilə təklif etdi

13:39

Vaqif Cavadov "Kəpəz"ə keçəcək? - Özü açıqladı

13:20

Azərbaycan millisinin Avropa Gümüş Liqasındakı oyun cədvəli bilindi

13:03

Azərbaycan çövkən üzrə ilk Avropa çempionatında iştirak edəcək

12:45

Virts "Mançester Siti"yə keçməkdən niyə imtina edib?

12:27

Azərbaycan Kuboku: Final oyununun təyinatları açıqlandı

12:19

Azərbaycan Kuboku: "Qarabağ" və "Sabah"ın yubiley oyunu

11:59

"Neftçi"nin Müşahidə Şurasından Samir Abasova tam dəstək

11:43

Nunyes La Liqa nəhəngi ilə razılığa gəldi - SON DURUM

11:22

İki sabiq "Liverpul"lu Qvardiolanın köməkçisi olacaq

11:04

"Araz-Naxçıvan"da yeni müqavilə - RƏSMİ

10:45

Bundesliqa klubu yeni baş məşqçisinin adını açıqladı

10:20

"Milan" baş məşqçisiz qaldı - Əsas namizəd bəllidir

10:02

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:43

Millətlər Liqası: Milliliz Litva ilə üz-üzə

09:22

Kontenin "Napoli"dəki aqibətinə aydınlıq gəldi - RƏSMİ

09:00

Minifutbol: Azərbaycan millisi finala vəsiqə uğrunda matça çıxır

00:51

"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov

29 May 2025
23:49

"Şamaxı" Süleymanovu icarəyə götürdü - RƏSMİ

23:21

Yüksək Liqa: Gümüş və bürünc mükafatçılar bəlli oldular

22:55

DÇ: Yarımfinal mərhələsinin cütləri bilindi

22:20

"Barselona" Raşfordu bu futbolçularının biri ilə dəyişə bilər

21:55

"Əl-Nəsr"in idman direktoru Ronaldu ilə bağlı son vəziyyəti açıqladı - Gedir?

21:35

Minifutbol: Azərbaycan millisi yarımfinalda!

20:43

"İnter"in mükafatı evə gətirəcəyinə ümid edirəm"

20:12

DÇ: Monteneqro yarımfinala yüksəldi

19:53

"İnter" bizdən daha təcrübəli komandadır" - Luis Enrike

19:18

"İndiki futbolda estetikanı nəticədən daha vacib sayırlar" - Fabio Kannavaro

18:50

Region Liqasının finalçısı II Liqada

18:09

Azərbaycanın stolüstü tennisçiləri Daşkənddə medal qazandılar

17:53

Azərbaycan Kubokunun finalına satılan bilet sayı açıqlandı

17:36

Azərbaycanın tanınmış saytlarının rəhbəri Qazaxıstan futbolunda yüksək vəzifəyə təyin olundu

Facebookdan bizi izləməyi unutmayın.
X