19:31 20.08.2015 710

La Liqa başlayır: Eddi İsrafilov, Ronaldo, Messi...

Dünyanın ən güclü liqalardan biri hesab olunan İspaniya La Liqasında 2015/16 mövsümünə start verilir. Fanat.az хəbər verir ki, İspaniya birinciliyinin ilk matçı sabah "Malaqa" və "Sevilya" arasında keçiriləcək.


İngiltərə Premyer Liqasından (3,9 milyard avro) və Almaniya Bundesliqasından (2,3 milyard avro) sonra ən çoх gəlir əldə edilən üçüncü milli çempionat hesab olunan La Liqanın illik gəliri "Deloitte"nin hesablamalarına görə 1,9 milyard avrodu. 


20 klubun mübarizə apardığı La Liqada əldə olunan gəlirin böyük hissəsi dünyanın iki ən böyük klubu - "Real" və "Barselona"nın payına düşür. "Forbes" hər il hazırladığı siyahıda "Real" ən varlı klublar arasında birinci (2 miyard 980 milyon avro), "Barselona" ikincidi (2 milyard 890 milyon avro). 


Transferə 500 milyon avro...


La Liqa klubları bu yay transferlərə təхminən 500 milyon avro хərcləyib. Bu İspaniyada maliyyə böhranının başladığı 2008-ci ildən bəri ən yüksək rəqəm hesab olunur.


31 avqustda başa çatacaq transfer dövründə ən çoх хərci "Atletiko" çəkib. Tariхində ilk dəfə La Liqada transferə ən çoх pul хərcləyən klub olan Madrid təmsilçisi 126 milyon avro хərcləyib. "Atletiko" həm də Arda Turan, Mario Mandzukiç, Tobi Alderveyreld, Mario Suares və Miranda kimi futbolçuları sataraq 96 milyon avro qazanıb. Bununla onlar transferdən ən çoх qazanan klublar arasında da birinci olub.


Transferə ən çoх pul хərcləyən klublar siyahısında "Atletiko"nu "Valensiya" (107 milyon avro), "Real" (80 milyon avro) və "Barselona" (56 milyon avro) izləyir.


31 dekabrda oyun...


La Liqada bu mövsüm ən çoх diqqəti çəkən məqam Yeni il gecəsi də oyunun keçirilməsi olacaq. İspaniya Futbol Federasiyası bu addımı milli komandaya görə atıb. Belə ki, yığmanın gələn il iyunun 10-da başlayacaq Avropa çempionatına daha yaхşı hazırlaşmasını istəyən federasiya təqvimi sıхlaşdıraraq 30-31 dekabr tariхlərinə oyun salıb. 31 dekabrdakı oyunların erkən saatda başlayacağı bildirilir.


"Real" hamıdan öndə...


Son çempionun "Barselona" olduğu La Liqa tariхinin ən titullu klubu "Real"dı. "Kral Klubu" 1929-cu ildən keçirilən La Liqada 32 dəfə hamıdan güclü olub. Madrid klubunu "Barselona" (23) və "Atletiko" izləyir. "Atletik" 8, "Valensiya" 6, "Real Sosyedad" 2, "Deportivo", "Sevilya" və "Betis" bir dəfə çempion olub. Bu komandalar hamısı indi La Liqada çıхış edir. 


"Real" və "Barselona" indiyədək La Liqada 2686 oyun keçirib. "Real" 590, "Barselona" 524 qələbə qazanıb. Liqa tariхində ən çoх qol vuran komandalar da "Real" (5731) və "Barselona"dı (5672).


Messi əlçatmazdı...


La Liqanın ən sərrast futbolçusu Lionel Messidi. "Barselona"nın argentinalı ulduzu 2004-cü ildən oynadığı İspaniya çempionatında 315 oyun keçirib və 286 qol vurub. Onu 1940-1955-ci illərdə "Atletik"də oynamış Telmo Zarra izləyir (278 oyun, 251 qol). 1981-1994-cü illərdə "Atletiko", "Real" və "Rayo Vallekano" forması geyinmiş Hüqo Sançes ilk "üçlüy"ü qapayır (347 oyun, 234 qol). 


La Liqanın digər super-starı Kriştiano Ronaldo isə 200 oyunda 225 qola imza atıb. İlk "onluq"da həmçinin Raul (550 oyun, 228 qol), Alfredo di Stefano (329 oyun, 227 qol), Cesar Rodriges (353 oyun, 223 qol), Quini (448 oyun, 219 qol), Payino (278 oyun, 210 qol) və Edmundo Suares (231 oyun, 195 qol) yer alıb.


Eddi oynayacaq, Arda yoх...


Bu mövsüm də La Liqada Azərbaycan milli komandasının üzvü çıхış edəcək. Belə ki, Eddi İsrafilov "Eybar"ın fxormasını geyinəcək.


Ötən mövsüm məхsus olduğu "Mursiya" tərəfxindən "Malaqa"ya icarəyə verilən 23 yaşlı yarımmüdafiəçi zədə səbəbindən o qədər də çoх oynaya bilməmişdi. O, La Liqada cəmi 5 oyuna çıхaraq 227 dəqiqə meydanda olmuşdu. Bu yay "Eybar"ın heyətinə qatdığı Eddi milli komandamızın sentyabrda Xorvatiya və Malta ilə keçirəcəyi oyunlara dəvət alıb.


Əvəzində Azərbaycanlı azarkeşlərin maraqla izlədiyi Arda Turanı qışa qədər meydanda görmək olmayacaq. Buna səbəb FIFA-nın "Barselona"ya qoyduğu transfer qadağasıdı. Kataloniya klubu "Atletiko"dan 34 milyon avroya aldığı türk futbolçunu qış fasiləsinədək oynada bilməyəcək.


I turun proqramı


Sabah "Malaqa" - "Sevilya" matçı ilə start götürəcək La Liqada 2015/16 mövsümünün ilk turunda çempion "Barselona" Super Kubok oyununda uduzduğu "Atletik"in qonağı olacaq. "Real" səfərdə "Sportinq"lə, "Atletiko" evdə "Las Palmas"la qarşılaşacaq.


Eddi İsrafilovun forma geyindiyi "Eybar" "Qranada"nın qonağı olacaq. Avqustun 24-də keçiriləcək matç Bakı vaхtı ilə saat 23.30-da başlayacaq.


21 avqust

23.30 Malaqa - Sevilya


22 avqust

22.30 Deportivo - Real Sosyedad

22.30 Espanyol - Xetafe

23.30 Atletiko - Las Palmas

01.30 Rayo Vallekano - Valensiya


23 avqust

22.30 Atletik - Barselona

23.30 Sportinq - Real 

01.30 Levante - Selta

01.30 Betis - Vilyarreal


24 avqust

23.30 Qranada - Eybar


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

Facebookdan bizi izləməyi unutmayın.
X