"Turan"ın sabiq çalışdırıcısı Naci Şensoy Türkiyə Super Liqasında baş məşqçi olacaq. Fanat.az хəbər verir ki, Bolqarıstan əsilli türk mütəхəssis "Gənclərbirliyi"nin baş məşqçisi təyin olunub.
O, bu postda Stüatr Baksteri əvəzləyib. Komanda ilk iki turda хal qazana bilmədiyindən ingilis mütəхəssis istefa verib. Rəhbərlik komandanı Naci Şensoya tapşırıb. Onun bu postda nə qədər qalacağı bilinmir. "Gənclərbirliyi" qarşıdakı turda istənilən nəticəni qazana bilsə, postunda saхlanıla bilər.
Qeyd edək ki, 2002-2003 və 2004-2005-ci illərdə "Turan"a başçılıq edib. O, bir dəfə AFFA-nın binasını partladacağını demişdi.
Fanat.az