Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan “Araz” bu gün növbəti yoxlama matçında “Rize Kalkanderespor" komandası ilə üz-üzə gəlib. Fanat.az xəbər verir ki, ilk dəqiqələrdən hücuma atılan Naxçıvan təmsilçisi 3-cü dəqiqədə hesabı açıb.
Əlimirzə Daşzərini 35 metrdən vurduğu mükəmməl qolla fərqlənib. Matçın 37-ci dəqiqəsində Əlimirzə “dubl”nu rəsmiləşdirərək komandasını və özünün ikinci qoluna imza atıb. Daşzərini sərrastlığını bu dəfə də uzaq məsafədən - 25 metrdən nümayiş etdirib. Əsgər Abdullayevin yetirmələri fasiləyə üstün yollanıb. İkinci hissədə qapılara heç bir qol vurulmadığından oyun Naxçıvan təmsilçisinin 0:2 qələbəsiylə başa çatıb.
Qeyd edək ki, avqustun 27-dəki ilk yoldaşlıq görüşündə “Araz” “Yakutiyasporu”a da 0:2 hesabı ilə qalib gəlmişdi.