19:51 31.08.2013 773

Syomin Toşaka "2" verdi, "Neftçi" derbidə 3 qol yedi

Bu gün Topaz Premyer Liqasında V turuna start verilib. Fanat.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub və hər üç matç eyni saatda - 18.00-da başlayıb.

"Sumqayıt" "Rəvan"ı qəbul edib. İlk 4 turda xal üzünə həsrət qalan Bakı klubu nəhayət ki, "şeytanın qıçını qırıb". Matçın taleyini bir qol həll edib - 1:0. 50-ci dəqiqədə bu yay "Neftçi"dən "Rəvan"a keçən Kamil Nurəhmədov komandasına qələbə qazandıran qola imza atıb. 90-cı dəqiqədə qırmızı vərəqə alan Ramazan Abbasov qonaqları azlıqda qoyub.

Son iki turda məğlub olan "Qəbələ" "Xəzər Lənkəran"ı qəbul edib. "Qarabağ" və "Neftçi"yə qarşı inamlı oyun sərgiləyən qonaq komadanın səfərdə xal qazanması proqnozlaşdırılsa da, Con Toşakın yetirmələri meydanı xalsız tərk edib. Hesabı 38-ci dəqiqədə braziliyalı Leonardo da Silva açıb. 61-ci dəqiqədə isə hollandiyalı Lorenzo Ebesilio matçın nəticəsini müəyyənləşdirib - 3:0.

"Bakı" - "Neftçi" oyunu isə gözlənilməz hesabla yekunlaşıb. Ötən tur Lənkəranda xal itirən son 3 mövsümün çempionu həmşəhərliləri ilə oyunda darmadağına məruz qalıb. Üstəlik "Bakı" son 40 dəqiqəni 10 nəfərlə keçirib. Hesabı 11-ci dəqiqədə dəqiq baş zərbəsi ilə Rauf Əliyev açıb. 32-ci dəqiqədə daha bir sabiq "Qarabağ"lı Əfran İsmayılov "Neftçi"nin qapısına yol tapıb. 50-ci dəqiqədə matçın baş hakimi Cavid Hüseynovu meydandan qovub. Eyni dəqiqdə ehtiyat qapıçı Aqil Məmmədov da qarşısında qırmızı vərəqə görüb. Amma "Neftçi" say üstünlüyündən yararlana bilməyib. Əvəzində "Bakı" daha bir qol vuraraq, darmadağını rəsmiləşdirib. Son qolu "ağ-qara"ların qapısından 68-ci dəqiqədə Mario Alvarez keçirib - 3:0.

Qeyd edək ki, turun son iki oyunu sabah keçiriləcək. "Qarabağ" AZAL-ı, "İnter" "Simurq"u qəbul edəcək.

Premyer Liqa

2013/14 mövsümü

V tur


31 avqust

Sumqayıt - Rəvan 0:1

Qol: Kamil Nurəhmədov, 50.

Sumqayıt: 1. Anar Nəzirov, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 4. Samir Abasov (k) (15. Nodar Məmmədov, 21// 7. Pərdis Fərcad-Azad, 60), 8. Aqşin Muxtaroğlu (77. Mirzağa Hüseynpur, 78), 10. Ruslan Qurbanov, 18. Aleksandr Çertoqanov, 22. Zaur Həşimov, 27. Nurlan Novruzov, 86. Elşən Abdullayev, 91. Vüqar Əsgərov.

Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 17. Adil İbrahimov, 20. Sabir Allahquliyev, 92. Bəxtiyar Həsənalızadə.

Baş məşqçi: Aqil Məmmədov.

Rəvan: 1. Lukaş Sapela, 5. Aqil Nəbiyev, 7. Elvin Həsənəliyev (17. Ramazan Abbasov, 63), 10. Sebastian Kastro-Tello (6. Ceyhun Cavadov, 58), 11. Kamil Nurəhmədov, 20. Miloş Adamoviç, 21. Novruz Məmmədov, 27. Rəşad Abdullayev (k), 29. Əziz Quliyev (30. Cəmşid Məhərrəmov, 56), 38. İvan Pexa, 40. Mişel Balokoq.

Ehtiyat oyunçular: 12. Fuad Əhmədov, 9. Elnur Abdulov, 33. Sahib Savankulov, 35. Frederik Holster.

Baş məşqçi: Vladislav Qədirov.

Sarı vərəqələr: Vüqar Əsgərov, 44 (qeyri-idman hərəkəti). Nurlan Novruzov, 52 (simulyasiya) - Miloş Adamoviç, 39 (qeyri-idman hərəkəti). Ramazan Abbasov, 68 (qeyri-idman hərəkəti); 89 (simulyasiya). Ceyhun Cavadov, 81 (qeyri-idman hərəkəti).

Qırmızı vərəqə: Ramazan Abbasov, 89 (simulyasiya).

Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, İsgəndər Əliyev, Xəlil Hüseynli.

AFFA nümayəndələri: Rauf Əmirov.

Hakim-inspektor: Asim Xudiyev.

M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 1700 tamaşaçı.


Qəbələ - Xəzər Lənkəran 2:0

Qollar: Leonardo da Silva, 38. Lorenzo Ebesilio, 61.

Qəbələ: 25. Dieqo Kosta, 2. Rail Məlikov, 3. Nikola Valentiç, 4. Amit Quluzadə, 6. Vladimir Levin (k), 8. Nizami Hacıyev, 9. Viktor Mendi (18. İbrahima Niasse, 71), 10. Dodo (19. Abdulvahid Afolabi, 81), 14. Lorenzo Ebesilio (34. Ürfan Abbasov, 86), 42. Leonardo da Silva, 84. Deyan Kelhar.

Ehtiyat oyunçular: 27. David Pietrzkeviç, 5. Sadiq Quliyev, 11. Yannik Kamanan, 22. Lourival Assis.

Baş məşqçi: Yuri Syomin.

Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 5. Elnur Allahverdiyev, 7. Sadio Tounkara (22. Deyvid Sakkoni, 73), 10. Elnur Abdullayev, 11. Zohair Benouahi (8. Edu Oriol, 46), 12. Junior Nildo, 14. Rahid Əmirquliyev (k), 20. Mbilla Etame (55. Ağabala Ramazanov, 68), 27. Manuel Skarlatake.

Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 6. Rasim Ramaldanov, 18. Tural Cəlilov, 23. Nikola Qliqorov.

Baş məşqçi: Con Toşak.

Sarı vərəqələr: Leonardo da Silva, 66 (qeyri-idman hərəkəti). Lorenzo Ebesilio, 66 (qeyri-idman hərəkəti). Nikola Valentiç, 81 (qeyri-idman hərəkəti).

Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, Nahid Əliyev, Ömər Paşayev.

Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov.

AFFA nümayəndələri: Maşallah Əhmədov.

Hakim-inspektor: Əhmədağa Cabbarov.

Qəbələ şəhər stadionu. 1200 tamaşaçı.


Bakı - Neftçi 2:0

Qollar: Rauf Əliyev, 11. Əfran İsmayılov, 32. Mario Alvarez, 68.

Bakı: 29. Kamran Ağayev (k), 3. Yure Travner, 4. Mario Alvarez, 5. Ruben Qonzalec, 6. Vadim Abdullayev, 7. Əfran İsmayılov, 8. Cavid Hüseynov, 11. Rauf Əliyev (21. Elvin Məmmədov, 80), 12. Etto (2. Deyvidas Çesnauskis, 56), 20. Mindauqas Kalonas (10. Aleksandar Soliç, 87), 23. Mario Lukas Horvat.

Ehtiyat oyunçular: 1. Aqil Məmmədov, 19. Marius Pena, 24. Georgios Pelagios, 27. Rəhman Hacıyev.

Baş məşqçi: Milinko Pantiç.

Neftçi: 30. Saşa Stamenkoviç, 3. Denis Silva, 5. İqor Mitrseki, 6. Rəşad Sadiqov (k) (19. Mirhüseyn Seyidov, 72), 9. Flavinyo, 10. Cavid İmamverdiyev, 11. Melvin Platye (14. Bahodir Nasimov, 46), 15. Erik Ramos, 22. Mahir Şükürov, 32. Elvin Yunuszadə (7. Araz Abdullayev, 55), 90. Ernest Nfor.

Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 4. Tərlan Quliyev, 16. Bruno Bertuççi, 28. Emin Mehdiyev.

Məşqçi: Tərlan Əhmədov.

Sarı vərəqələr: Mindauqas Kalonas, 41 (qeyri-idman hərəkəti). Kamran Ağayev, 78 (oyunun bərpasını gecikdirdiyinə görə). Aleksandar Soliç, 89 (qeyri-idman hərəkəti) - Erik Ramos, 72 (qeyri-idman hərəkəti). Cavid İmamverdiyev, 83 (sistematik qayda pozuntusuna görə).

Qırmızı vərəqələr: Cavid Hüsyenov, 48 (rəqibin üzünə əllə vurduğuna görə). Aqil Məmmədov, 49 (hakimi təhqir etdiyinə görə).

Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Yaşar Abbasov, Feyzulla Feyzullayev.

Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Diniyev.

AFFA nümayəndələri: Elbrus Abbasov.

Hakim-inspektor: Məlik Həsənov.

"Bakı"nın təlim-məşq bazasının stadionu. 1000 tamaşaçı. 


1

Qarabağ

4

4

0

0

10-2

12

2

Neftçi

5

3

1

1

7-4

10

3

Qəbələ

5

3

0

2

8-6

9

4

AZAL

4

3

0

1

5-5

9

5

Bakı

5

3

0

2

12-3

9

6

Simurq

4

1

1

2

2-4

4

7

Sumqayıt

5

1

1

3

4-9

4

8

İnter

4

1

0

3

9-8

3

9

Rəvan

5

1

0

4

2-14

3

10

Xəzər L

5

0

3

2

1-5

3

 


Bombardirlər: Cavid Hüseynov (Bakı) - 4 qol. Bahodir Nasimov (Neftçi), Çumbinyo (Qarabağ), Mindauqas Kalonas (Bakı), Viktor İbekoyi, Baçana Tsxadadze (İnter) - 3 qol.


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

Facebookdan bizi izləməyi unutmayın.
X