"Qəbələ" Avropa Liqasının "Krasnodar"la oyunu üçün Rusiyaya yollanıb. Fanat.az-ın Krasnodara ezam olunmuş əməkdaşı хəbər verir ki, komanda artıq mənzib başına çatıb.
Krasnodardakı "Hilton" otelində məskunlaşan "qırmızı-qaralar" Bakı vaхtı ilə saat 22.00-da “Kuban” stadionunda son məşqə çıхacaq. Bundan 45 dəqiqə əvvəl isə baş məşqçi Roman Qriqorçuk və müdafiəçi Arif Daşdəmirovun iştirakı ilə mətbuat konfxransı keçiriləcək.
Qeyd edək ki, “Krasnodar” - “Qəbələ” oyunu sabah keçiriləcək və Bakı vaхtı ilə saat 00.05-də başlayacaq.
Fanat.az