Futzal üzrə Azəraycan çempionu "Araz"ın UEFA Kubokunun əsas mərhələsindəki son rəqibi müəyyənləşib. Fanat.az xəbər verir ki, həmin komandanın adına təsnifat mərhələsinin H qrupunda mübarizənin başa çatmasından sonra aydınlıq gəlib.
Bu qrupda "Vikinqur" (İslandiya) və "Anji" (Estoniya) ilə mübarizə aparan Yunanıstanın "Athina-90" klubu hər iki rəqibinə 6:2 hesabıyla qalib gələrək final mərhələsinə vəsiqə qazanıb. Beləliklə, UEFA Kubokunun əsas mərhələsində 6-cı qrupda aşağıdakı klublar mübarizə aparacaqlar: Araz (Azərbaycan), Tarqu Mureş (Rumıniya), Çatelinau (Belçika), Athina-90 (Yunanıstan).
Fanat.az