I divizionun püşkatma mərasimi sentyabrın 5-də keçiriləcək. Fanat.az xəbər verir ki, yeni mövsümdə mübarizəyə 16 klub qoşulacaq.
Onlardan 11-i "Ağsu", "Qaradağ Lökbatan", "Neftçala", "Şahdağ", MOİK, "Bakılı", "Lokomotiv", "Şuşa", "Energetik", "Göyəzən" və "Şəmkir" ötən mövsüm də I divizionda iştirak edib.
İki klub "Kəpəz" və "Turan" ötən mövsümü Premyer Liqada keçirib və son iki pilləni tutub.
"Araz" və "İçərişəhər" yeni yaradılıb, "Karvan" fəaliyyətini bərpa edib.
Fanat.az