Klublar Komitəsinin klubların üzləşdikləri sanksiyalarla bağlı müzakirələr aparılıb. Fanat.az xəbər verir ki, bu barədə komitənin sədri Fikrət Hüseynov məlumat verib:
"Biz meydanda rəqibik, amma burada bir ailəyik. Bütün klub nümayəndələrindən soruşdum ki, bu gün sanksiyalar, oyunçularla bağlı problemlərin həlli istiqamətində işlər necə gedir? "İnter" qeyd etdi ki, eyni vaxtda onlarla yanaşı "Dnepr"ə də məktub gəlmişdi, amma Ukrayna klubuna sanksiya gəldiyi halda, "İnter"ə hələ heç bir sanksiya tətbiq olunmayıb. "Neftçi" Emil Mpenza ilə bağlı ödəmə edir. Bu məsələni də yoluna qoyur. "Xəzər Lənkəran" da eyni şəkildə, "İnter" kimi ödəməyə razılaşıblar. "Zirə"nin məsələsi hələ açıq qalır. Bu gün cari borcu olmayan klubu UEFA güzəştə gedərək, avrokuboklara buraxa bilər".
Fanat.az