20:54 09.09.2013 768

AFFA Lippertdən hesabat istəyir

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının İsrailə 2:7 hesablı məğlubiyyəti ilə əlaqədar məşqçilər korpusu AFFA rəhbərliyinə hesabat verəcək. Fanat.az xəbər verir ki, bu haqda federasiyanın baş katibi Elxan Məmmədov məlumat verib.
 
Onun sözlərinə görə, sentyabrın 10-da AFFA-da millimizin baş məşqçisi Bernhard Lippert məğlubiyyətin səbəbləri barədə danışacaq. Lakin Məmmədov Lipperti yox, futbolçuları günahlandırıb. Baş katib bildirib ki, komandamız imkanlarından aşağı çıxış etdiyi üçün sutkalıq ödənişdən məhrum ediləcək. Bununla yanaşı, AFFA rəsmisi 21 yaşadək yığmamızdan əsas milliyə 2 oyunçu - Qara Qarayev və Araz Abdullayevin müntəzəm cəlb olunmasını müsbət amil kimi dəyərləndirib.
 
Məmmədov gənclərdən fərqli olaraq, əsas millimizin İsrailə qarşı əzmkar oyun sayəsində 1:1 hesablı heç-heçəyə nail olduğunu vurğulayıb. O, 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində komandamızın səfərdə daha çox xal qazanmasının səbəbini də açıqlayıb: "Yığmamız cari tsikldə cəmi 3 oyunda uduzub. Bunlardan 2-si Portuqaliya, 1-i isə Rusiya ilə görüşlərə təsadüf edib. Qalan 5 matçda 5 xaldan 3-ü səfərdə qazanılıb. Bu isə onu göstərir ki, səfərdə daha çox oyun keçirmək barədə qərarımız düzgündü. Digər tərəfdən, millimizin oyununda və nəticələrində stabilliyin yaranması çox sevindirici haldı". 
 
Millimiz qrup mərhələsindəki qalan 2 matçını evdə keçirəcək. Oktyabrın 11-də Şimali İrlandiyanı qəbul edəcək komandamız bundan 4 gün sonra Rusiyanı sınağa çəkəcək. Hər iki qarşılaşma “Bakcell Arena”da oynanılacaq. Baş katib qarşıdakı görüşlərdən uğurlu nəticələrlə ayrılmaq imkanının yarandığını söyləyib: “Komandamızın İsraillə oyundakı çıxışı hamının rəğbəti ilə qarşılanıb. Təbii ki, belə güclü rəqiblə oyundakı heç-heçə Azərbaycanın FİFA reytinqindəki mövqeyini yaxşılaşdıracaq və qalan 2 oyunda uğurlu nəticələrə bir stimul olacaq. Tezliklə, bu görüşlər üçün kampaniyaya başlayacağıq. İnanırıq ki, azarkeşlər Şimali İrlandiya və Rusiya ilə görüşlərdə komandamızı sonadək dəstəkləyəcəklər".

lent.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

Facebookdan bizi izləməyi unutmayın.
X