19:20 13.03.2016 731

"Qarabağ"dan 2 qol, "Zirə" qisas aldı, "Neftçi" xal itirdi

Topaz Premyer Liqasında XXV turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutub.

Bu oyunlardan 4-ü eyni saatda start götürüb. Daha bir maraqlı məqam ondan ibarət olub ki, ötən həftə kubokun 1/4 finalında üz-üzə gələn 3 cütlük bu dəfə Premyer Liqada qarşılaşıb.

"Qəbələ" 4 gün içində doğma meydanda ikinci dəfə "Zirə"ni qəbul edib. Komandalar martın 2-9-da kubokda üz-üzə gəlib. Səfərdə 2:1, evdə 5:1 hesablı qələbə qazanan "qırmızı-qaralar" Premyer Liqanın debütantını kubokdan kənarlaşdırıb. Bu oyun zirəlilər üçün revanş xarakteri daşıyırdı. "Qəbələ" isə qələbə qazanmaqla ikinci pilləyə şərik çıxmaq istəyirdi. Komandaların Premyer Liqada keçirdiyi iki oyuna gəlincə, burlardan birində "Zirə" qalib gəlmiş (1:0), digəri "sülh"lə bitmişdi (0:0). Bu gün qələbə qazanan "Zirə" kubokun qisasını alıb. Hesabı 17-ci dəqiqədə meydan sahiblərindən Aleksey Qay açsa da, qonaqlar lazım olan qolları vura bilib. 40-84-cü dəqiqələrdə fərqlənən Nelson Bonilla komandasına qələbə qazandırıb - 2:1.

Kubokda üz-üzə gəlmiş "İnter"lə "Rəvan" "İnter Arena"da qarşılaşıb. "Bankirlər" kubokun ilk oyununda 1:2 hesabı ilə yenilsə də, cavab matçında darmadağına imza ataraq mərhələ adlaya bilmişdi - 3:0. "Rəvan" bu gün qısas almağa, "İnter" turnir cədvəlində irəliləməyə çalışırdı. Komandalar cari mövsümdə çempionatda bundan əvvəl iki dəfə qarşılaşmış və hər iki matçda "İnter" eyni hesablı qələbə qazanmışdı - 2:0. Bu dəfə də istisna olmayıb. Düzdü, hesabı 7-ci dəqiqədə qonaqlardan Ruslan Tağızadə açıb. Amma cəmi bir dəqiqə sonra Zurab Xizanişvili bərabərliyi təmin edib. 18-ci dəqiqədə Mirsahib Abbasov "İnter"i hesabda irəli çıxarıb. 22-ci dəqiqədə isə Ruslan Əmircanov son nöqtəni qoyub - 3:1.

Eyni saatın digər oyununda "Kəpəz" "Xəzər Lənkəran"ı qəbul edib. Maraqlıdı ki, bu komandalar da cari mövsümdə kubokda qarşılaşıb. 1/8 finala təsadüf edən həmin matçda lənkəranlılar 1:0 hesablı qələbə qazanaraq mərhələ adlamışdı. Komandaların çempionatdakı hər iki qarşılaşmasının qalibi isə "Kəpəz" olmuşdu. Özü də həmin oyunlar da 1:0 hesabı ilə yekunlaşmışdı. Gəncə klubu bu dəfə də qələbə qazanıb, amma 2:0 hesabı ilə. İlk qolu 48-ci dəqiqədə Tural Nərimanov vurub. 90+1-ci dəqiqədə isç onun adaşı - Tural Rzayev fərqlənib.

Çempionatda uğursuz çıxış edən, kubokda "Xəzər Lənkəran"ı çətinliklə yenən "Neftçi" isə AZAL-ın qonağı olub. Son iki turda qələbə qazanan AZAL evdə keçirdiyi son məğlubiyyətsiz oyunlar seriyasını 10-a çatdırıb. "Neftçi" isə son 3 Premyer Liqa oyunundakı məğlubiyyətdən sonra bir xala razılaşıb - 1:1. Hesabı 41-ci dəqiqədə meydan sahiblərindən Kamal Mirzəyev açıb. 60-cı dəqiqədə isə Nikolas Kanales "Neftçi"nin çempionatlar tarixində 1200-cü qoluna imza ataraq bərabərliyi təmin edib. Beləliklə, "Neftçi" cari mövsümdə AZAL-la oyunlarda qələbəyə həsrət qalıb. "Təyyarəçilər" bundan əvvəl "ağ-qaralar"ı iki dəfə yenib - 2:1, 1:0.

Tura "Sumqayıt" - "Qarabağ" oyunu ilə yekun vurulub. Bu komandalar da kubokun 1/4 finalında qarşılaşmışdı. İlk oyunda 2:0 hesablı qələbə qazanan "Qarabağ" cavab matçında daha böyük hesaba sevinmişdi - 4:1. Əvəzində ağdamlılar çempionatda bu komandaya qalib gələ bilməmişdi. Belə ki, Premyer Liqada bundan əvvəl baş tutmuş iki oyundan birində "Sumqayıt" qələbə qazanmış (1:0), digəri "sülh"lə bitmişdi (2:2). Qurban Qurbanovun yetirmələri bu gün bu sindroma son qoyub. Hesabı 13-cü dəqiqədə Dani Kintana açıb. 4 dəqiqə sonra isə Migel Madera matçın yekun hesabını müəyyənləşdirib - 2:0.
 
Topaz Premyer Liqası
2015/16 mövsümü
III dövrə, XXV tur

13 mart
Qəbələ - Zirə 1:2
Qollar: Aleksey Qay, 17 - Nelson Bonilla, 40; 84.
Qəbələ: 22. Dmitri Bezotosni, 3. Voyislav Stankoviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov, 7. Ermin Zets, 8. Məhəmməd Mirzəbəyov (32. Rəşad Eyubov, 85), 9. Sergey Zenyov (20. Rikardinyo, 81), 10. Dodo (k), 19. Aleksey Qay (69. Aleksey Antonov, 46), 21. Arif Daşdəmirov, 87. Ruslan Abışov.
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 5. Pavel Paşayev, 15. Vitali Vernidub, 25. Qismət Alıyev.
Baş məşqçi: Roman Qriqorçuk.
Zirə: 1. Anar Nəzirov, 2. Mbah Çimezi, 6. Vüqar Mustafayev, 9. Nelson Bonilla, 10. İqor İvanoviç (90. Vüsal İsgəndərli, 87), 11. Viktor İbekoyi, 13. Aleksandr Şemonayev (k), 14. Tellur Mütəllimov, 19. Nurlan Novruzov (5. Adil Nağıyev, 90), 28. Təmkin Xəlilzadə (60. Elvin Məmmədov, 59), 39. Sadiq Quliyev.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 8. Tərzin Cahangirov, 27. Rəşad Abdullayev, 96. Elgün Nəbiyev.
Baş məşqçi: Adil Şükürov.
Sarı vərəqələr: Ermin Zets, 30 (qeyri-idman hərəkəti). Voнislav Stankoviç, 90+4 (qeyri-idman hərəkəti) - Mbah Çimezi, 24 (qeyri-idman hərəkəti). Nelson Bonilla, 64 (qeyri-idman hərəkəti). Vüqar Mustafayev, 76 (qeyri-idman hərəkəti). Adil Nağıyev, 90+2 (qeyri-idman hərəkəti).
Hakimlər: Fariz Yusifov, Nahid Əliyev, Cavanşir Yusifov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Vüsal Əliyev.
Qəbələ şəhər stadionu. 2200 tamaşaçı.
 
İnter - Rəvan 3:1
Qollar: Zurab Xizanişvili, 8. Mirsahib Abbasov, 18. Ruslan Əmircanov, 22 Ruslan Tağızadə, 7.
İnter: 1. Kamran Ağayev, 3. Denis Silva, 6. Laşa Salukvadze (4. Laşa Kasradze, 46), 7. Nika Kvekveskiri, 9. Qara Qarayev (77. Mirsahib Abbasov, 15), 12. Ruslan Əmircanov (k), 14. Zurab Xizanişvili, 19. Mirhüseyn Seyidov, 20. Yuri Fomenko, 23. Sezar Meza Kolli, 30. Abbas Hüseynov (2. Sərtan Taşkın, 86).
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 33. Aqşin Quluzadə, 39. Elnur Süleymanov, 49. Süleyman Əhmədov.
Baş məşqçi: Zaur Svanadze.
Rəvan: 1. Rəşad Əzizli, 2. Ruslan Tağızadə, 3. Saşa Yunisoğlu, 4. Kənan Müslümov (14. Elvin Əliyev, 59), 5. Mirkamil Haşımlı (13. Cəmşid Məhərrəmov, 71), 8. Məmməd Quliyev, 16. Orxan Lalayev, 17. Ramazan Abbasov, 21. Novruz Məmmədov (19. Hüseyn Axundov, 77), 86. Yasin Həmid, 99. Əziz Hüseynov.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 39. Əlibəy Məmmədli, 77. Nurxan Mənsimzadə, 98. Ülvi Kələşov.
Baş məşqçi: Bəhmən Həsənov.
Sarı vərəqələr: Ruslan Əmircanov, 35 (qeyri-idman hərəkəti). Sezar Meza Kolli, 49 (qeyri-idman hərəkəti) - Kənan Müslümov, 21 (qeyri-idman hərəkəti). Yasin Həmid, 41 (qeyri-idman hərəkəti). Saşa Yunisoğlu, 58 (qeyri-idman hərəkəti).
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Kamran Bayramov, Xəlil Xəlilov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Gülağa Cabbarov.
“İnter Arena”. 300 tamaşaçı.

Kəpəz - Xəzər Lənkəran 2:0
Qollar: Tural Nərimanov, 48. Tural Rzayev, 90+1.
Kəpəz: 88. Tadas Simaitis, 3. Tərlan Quliyev, 5. Kərim Diniyev, 7. Juninyo (19. Orxan Əliyev, 87), 8. Budaq Nəsirov, 9. Namiq Ələsgərov, 15. Azad Kərimov, 18. Tural Axundov (k), 23. Tural Nərimanov, 27. Bəxtiyar Soltanov (80. Tural Rzayev, 70), 90. Julien Ebah (99. Əli Səmədov, 90+3).
Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 4. Elvin Cəbrayıllı, 6. Ceyhun Cavadov, 21. Xəzər Qəribov.
Baş məşqçi: Şahin Diniyev.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 4. Ruslan Cəfərov, 8. Vüqar Bəybalayev, 9. Bayram Budaqov, 10. Tural Qürbətov, 12. İlyas Səfərzadə (7. Orxan Səfiyaroğlu, 53), 17. Vaquf Güləliyev, 18. Tural Cəlilov (k), 35. Elfad Baləhmədov, 44. Yusif Həsənov, 99. Mahsum Qənbərli (6. Asif Mirili, 52).
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 16. İbrahim Qədirzadə, 32. Zaman Mirzəzadə, 41. Hüseyn Xəlilzadə, 66. Kənan Həsənov.
Baş məşqçi: Elbrus Məmmədov.
Sarı vərəqələr: Budaq Nəsirov, 75 (qeyri-idman hərəkəti) - Orxan Sadıqlı, 65 (hakim qərarına etiraz). Tural Cəlilov, 77 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəvan Həmzəzadə, Munis Abdullayev, Vüsal Qənbərov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Kərim Ağayev.
Gəncə şəhər stadionu. 12750 tamaşaçı.
 
AZAL - Neftçi 1:1
Qollar: Kamal Mirzəyev, 41 - Nikolas Kanales, 60.
AZAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov (k), 3. Tural Hümbətov, 5. Kamil Hüseynov, 6. Tagim Novruzov (23. Hacı Əhmədov, 27), 14. İlqar Ələkbərov, 21. Murad Səttarlı (10. Nuqzar Kvirtiya, 77)22. Kamal Mirzəyev (77. Adan Koronado, 44), 24. Emin Cəfərquliyev, 27. Aleksandr Quruli, 88. Mirzağa Hüseynpur.
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 4. Qvanzav Maqomedov, 19. Məhəmməd Bədəlbəyli, 20. İsmayıl İbrahimli.
Baş məşqçi: Tərlan Əhmədov
Neftçi: 53. Maksim Vaylo, 5. Melli, 6. Aylton Silva, 7. Araz Abdullayev (k), 8. Elşən Abdullayev (9. Nikolas Kanales, 46), 11. Ruslan Qurbanov, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 20. Anete (14. Məhəmməd Qurbanov, 80), 95. Elvin Bədəlov.
Ehtiyat oyunçular: 66. Kamran İbrahimov, 4. Rahil Məmmədov, 26. Kamal Qurbanov, 18. Elşən Rzazadə, 61. Təyyar Məmmədov.
Baş məşqçi: Vəli Qasımov.
Sarı vərəqə: Aleksandr Quruli, 45+3 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Asim Xudiyev.
"AZAL Arena”. 300 tamaşaçı.
 
Sumqayıt - Qarabağ 0:2
Qol: Dani Kintana, 13. Migel Madera, 17.
Sumqayıt: 94. Tərlan Əhmədli, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 10. Uğur Pamuk, 13. Murad Ağayev, 14. Bəxtiyar Həsənalızadə, 18. Aleksandr Çertoqanov, 39. Emin Mehdiyev, 55. Ağabala Ramazanov, 70. Vaqif Cavadov (29. Amil Yunanov, 61), 97. Xəyal Nəcəfov.
Ehtiyat oyunçular: 12. Tural Abbaszadə, 5. Cəmil Hacıyev, 7. Pərdis Fərcad-Azad, 22. Tofiq Mikayılov, 24. Amit Quluzadə, 99. Rasim Ramaldanov.
Baş məşqçi: Samir Abbasov.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 8. Migel Madera, 10. Dani Kintana, 18. İlqar Qurbanov (25. Ansi Aqolli, 87), 20. Riçard Almeyda (91. Coşqun Diniyev, 69), 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov, 99. Muarem Muarem, 97. Mahir Mədətov (22. Əfran İsmayılov, 74).
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 19. Azər Salahlı, 77. Cavid Tağıyev, 90. Samuel Armenteros.
Baş məşqçi: Qurban Qurbanov.
Sarı vərəqələr: Vurğun Hüseynov, 61 (qeyri-idman hərəkəti). Xəyal Nəcəfov, 63 (qeyri-idman hərəkəti). Aleksandr Çertoqanov, 77 (hakim qərarına etiraz). Slavik Alxasov, 90+1 (qeyri-idman hərəkəti) - Qara Qarayev, 80 (qeyri-idman hərəkəti). Muarem Muarem, 85 (hakim qərarına etiraz).
Hakimlər: İnqilab Məmmədov, Elman Musayev, Rahil Ramazanov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Namiq Məstanov.
Hakim-inspektor: Əli Hüseynov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 1300 tamaşaçı.

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

25

16

6

3

40-15

54

2

Zirə

25

13

8

4

29-18

47

3

Qəbələ

25

11

8

6

30-19

41

4

İnter

25

11

8

6

25-17

41

5

Kəpəz

25

10

9

6

30-21

39

6

AZAL

25

9

6

10

15-22

33

7

Neftçi

25

8

8

9

24-27

32

8

Sumqayıt

25

4

10

11

25-35

22

9

Xəzər Lənkəran

25

3

5

17

10-33

14

10

Rəvan

25

2

8

15

16-37

8

Bombardirlər

Nelson Bonilla (Zirə) - 10. Riçard Almeyda (Qarabağ), Dani Kintana (Qarabağ) - 8. Ruslan Qurbanov (Neftçi), Aleksey Antonov (Qəbələ) - 7. Amil Yunanov (Sumqayıt), Samuel Armenteros (Qarabağ) - 6.

Qeyd:

FIFA İntizam Komitəsinin müraciəti əsasında "Rəvan"ın aktivindən 6 xal silinib.


Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

21 May 2024
21:06

"Mançester Yunayted"dəki dostlarım məni öldürər, amma..." - Devid Bekhem

20:51

AÇ-2024: İngiltərə millisinin 33 nəfərlik heyəti belədir

19:45

Premyer Liqanın ən sürətli qolu açıqlandı - VİDEO

19:01

Ziya qızıl medal qazandı

18:43

Rəşad bürünc medal aldı

18:23

Bakıda təşkil olunacaq dünya çempionatının təqdimat mərasimi keçirildi

18:11

Azərbaycanın daha iki güləşçisi Avropa çempionatının finalına yüksəldi

17:56

Peşəkar Çövkən Liqasında I tur start götürdü

17:29

AMF-in rəsmi saytı fəaliyyətə başladı

17:13

UPL-də qol vuran azərbaycanlı heç-heçədən şikayətləndi

16:55

Nə Henderson AÇ-yə aparılır, nə Sterlinq, nə də...

16:37

AÇ-2024: Portuqaliya millisinin heyəti açıqlandı

16:16

AFFA-da "yarpaq tökümü" başlayır

16:00

Toni Kroosdan gözlənilməz qərar - Özü açıqladı

15:42

AÇ-2024: Sloveniya millisinin heyəti açıqlandı

01 Yanvar 1970
04:00

15:28

Peşəkar Çövkən Liqasının açılış mərasimi oldu

15:11

Benzema gələcəyi ilə bağlı qərarını verdi

14:53

Avropa çempionatının bombardirinə bu mükafat veriləcək - FOTO

04:00

04:00

04:00

14:36

İskonun AÇ arzusu yenə reallaşmadı - SƏBƏB

14:17

Tçkayevi ilk raundda yendilər

13:50

Azərbaycan millisinin Albaniya və Qazaxıstanla oyunlarının hakimləri bilindi

13:28

"Olimpik Marsel"in 3 futbolçusu gülləbaran edildi

13:10

Azərbaycan millisi Qazaxıstan klubuna uduzdu

12:51

Əfsanəvi "Volksvagen" dünyasını dəyişdi

12:23

Klubundan ayrıldı, Alleqrinin yerini tuta bilər

12:05

"Bayern" daha bir "Tottenhem"lini aparır - Bu qiymətə

11:47

Ross Barkli bu kluba satıldı

11:29

Mbappe vida ziyafəti verdi - Makron da qatıldı

11:10

Karlo Ançelottinin oğlu "Real"dan ayrılır - Baş məşqçi təklifi aldı

10:49

Daha bir idmançımız Yaponiyada dünya çempionu oldu

10:28

Benzema Səudiyyə Ərəbistanından qaçmaq istəyir, amma...

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:45

Azərbaycan çempionatında pley-off cütü müəyyənləşdi

09:22

Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu mübarizəyə başlayır

09:00

Gürcüstan millisinin AÇ-yə vəsiqəyə görə alacağı mükafatın məbləği bilindi - Baş nazir açıqladı

20 May 2024
20:15

Dieqo Simeone özünü tənqid etdi: "Mən bunu bacarmadım"

Facebookdan bizi izləməyi unutmayın.
X