“Zirə” ilə evdə oynamağımız heç kimi aldatmasın, bu komanda səfərdə də inamlı çıxış edir. Çətin oyun olacaq”. Fanat.az xəbər verir ki, bu sözləri “Kəpəz”in kapitanı Tural Axundov deyib.
“Kəpəz” Topaz Premyer Liqasının XXVII turunda Gəncədə “Zirə”ni qəbul edəcək. Klubun rəsmi saytına açıqlama verən Axundov görüşün çətin keçəcəyini bildirib: “Başa düşürük ki, qələbə qazanmağa məcburuq, meydana da bunun üçün çıxacağıq. Bu rəqiblə əvvəlki iki oyunumuz heç-heçə başa çatıb. Amma ilk görüşdə qələbəyə daha çox yaxın idik. Bizim uğurlu çıxışımızda fanatlarımızın da rolu böyükdü. Azərbaycanın bir nömrəli azakeşləri yəqin ki, bizi qarşıdakı görüşdə də tək qoymayacaq, “Kəpəz”i qələbəyə səsləyəcəklər. Onları stadionda gözləyəcəyik”.
Axundov ötən tur “Neftçi” üzərindəki qələbənin futbolçular üçün stimul olduğunu söyləyib: “Neftçi” ilə matçda yaxşı oynayıb qələbə qazandıq. Buna görə hamımız sevinirik. Bu qələbə komanda üçün vacib idi. Çempionatda uğurlu çıxış etmək istəyiriksə, hər oyunda xal qazanmağa çalışmalıyıq. Məqsədimiz var, ona doğru irəliləyirik. “Neftçi” ilə görüşdəki üç xal bizi ruhlandırmaqla yanaşı, qarşıdakı oyunlara daha ciddi yanaşmağa sövq edir”.
Fanat.az