12:37 29.03.2016 526

"Çempionatımız kəskin tənəzzül dövrü keçirir" - Yaşar Sultanov

Tovuzun "Turan" klubunun sabiq icraçı direktoru və AFFA İcraiyyə Komitəsinin keçmiş üzvü Yaşar Sultanov "Report"a müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

- Türkiyənin Antalya bölgəsində Azərbaycan milli komandasının Qazaxıstan yığması ilə oyununu canlı izlədiniz. Səfəriniz sırf bu oyunla bağlıdır?
- Antalyaya şəxsi işlərimlə bağlı gəlmişəm. Oyunun olduğunu bildikdən sonra millimizin oyununu izləməyə gəldim. 

- Yenidən futbola qayıtmağı düşünmürsünüz?
- Bunu gələcək göstərəcək. Biz dünən də, bu gün də futbolla yaşayan, futbolun içində olan adamlarıq. Söhbət Azərbaycan futbolundan gedirsə, bu idman növünə az da olsa marağı olan hər kəs öz dəstəyini əsirgəməməlidir. Ehtiyac olarsa, bütün hallarda dəstək verməyə hazıram.

- Ölkə çempionatının səviyyəsini necə dəyərləndirirsiniz?
- Etiraf edək ki, daxili çempionatımız kəskin tənəzzül dövrü keçirir. Lakin bunu müvəqqəti hal kimi qəbul etmək olar. Tək müsbət cəhəti var ki, o da kütləvi legioner axınının qarşısını almasa da, saylarını azaldıb. Bu isə yerli futbolçuların çıxışı üçün real şans yaradıb. Bu gün parlamaqda olan klublar kimi "Zirə" və "Kəpəz"i qeyd edərdim. Hesab edirəm ki, bu komandalar yerli futbolçuların hesabına özlərini təsdiqləyiblər. Demək olar ki, yerli futbolçularda özünəinam hissi əsaslı şəkildə artıb. Bu, hazırkı vəziyyətin müsbət tərəfidir. Ancaq iddialı klubların müəyyən dərəcədə sarsıldığını demək olar.

- Əsgər Abdullayev bir vaxtlar çalışdığınız "Turan Tovuz"a baş məşqçi təyin olunub. Bu, Tovuz klubunun yeni mövsümdə Premyer Liqada çıxış etməsinə işarə olsa da, hazırda aşağı dəstədə vəziyyət ürək açan deyil...
- Təbii ki, "Turan Tovuz"un bugünkü vəziyyəti, maddi durumu, bazasının vəziyyəti, nəinki Premyer Liqa, eləcə də digər liqalarda çıxışına imkan vermir. Bununla belə, bir müsbət tərəfi də var. Demək olar ki, komandanın bütün üzvləri yerli futbolçulardır. Onların itməməsi, yeni nəslin davam etdirilməsi üçün orada əsaslı baza, futbol akademiyası yaradılmalıdır. Ümumiyyətlə Gəncədə, Tovuzda, Sumqayıta ciddi fəaliyyətli akademiyalar olmalıdır. Bu halda Azərbaycan futbolu qazanacaq.

- AFFA İcraiyyə Komitəsinin üzvü də olmusunuz. Bu komitənin hazırkı fəaliyyətini necə dəyərləndirirsiniz?
- Hesab edirəm ki, İcraiyyə Komitəsi bu gün kifayət qədər sanballı şəxslərdən ibarətdir. Həmçinin bu komitədə futbolu təhlil edən, yeniliklər gətirməyə qadir olan insanlar var.

- AFFA-nın son konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov və xarici işlər naziri Elmar Məmmədyarov da bu siyahıya daxil edildi...
- Qurban Qurbanovun üzv olması ictimaiyyətdə sensasiya kimi qəbul olundu. Nə üçün? O, ilk növbədə tək futbolçu kimi yox, məşqçi kimi də gözümüzün önündədir. Vaxtilə "Turan"da da çıxış edib və onu yaxşı tanıyıram. İlk növbədə, Qurbanovu yüksək zəkaya malik, sanballı adam kimi xarakterizə edərdim. Nəyə görə Qurban Qurbanov İcraiyyə Komitəsində olmamalıdır? Düşünürəm ki, daha bir neçə məşqçini də üzvlüyə qəbul etmək mümkündür. Burada qeyri-adi heç nə yoxdur. Hesab edirəm ki, Qurban Qurbanovun üzvlüyü futbola yalnız xeyir və dəstək verəcək.

- Bəs, Hafiz Məmmədovun yeni heyətdə yer almamasına münasibətiniz necədir?
- Hafiz müəllim uzun müddətdir komitənin üzvü idi. Bu vaxt ərzində həmişə öz məhsuldar əməyi ilə seçilib. Biz onunla bir yerdə də işləmişik. Həmişə futbola dəstək verən, optimal fikirlərlə çıxış edən biri olub. Görünür, bugünkü işləri çoxdur. Düşünürəm ki, təşəbbüs onun özündən irəli gəlib və işləri onu komitədən ayrılmağa sövq edib.

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

21 May 2024
21:06

"Mançester Yunayted"dəki dostlarım məni öldürər, amma..." - Devid Bekhem

20:51

AÇ-2024: İngiltərə millisinin 33 nəfərlik heyəti belədir

19:45

Premyer Liqanın ən sürətli qolu açıqlandı - VİDEO

19:01

Ziya qızıl medal qazandı

18:43

Rəşad bürünc medal aldı

18:23

Bakıda təşkil olunacaq dünya çempionatının təqdimat mərasimi keçirildi

18:11

Azərbaycanın daha iki güləşçisi Avropa çempionatının finalına yüksəldi

17:56

Peşəkar Çövkən Liqasında I tur start götürdü

17:29

AMF-in rəsmi saytı fəaliyyətə başladı

17:13

UPL-də qol vuran azərbaycanlı heç-heçədən şikayətləndi

16:55

Nə Henderson AÇ-yə aparılır, nə Sterlinq, nə də...

16:37

AÇ-2024: Portuqaliya millisinin heyəti açıqlandı

16:16

AFFA-da "yarpaq tökümü" başlayır

16:00

Toni Kroosdan gözlənilməz qərar - Özü açıqladı

15:42

AÇ-2024: Sloveniya millisinin heyəti açıqlandı

01 Yanvar 1970
04:00

15:28

Peşəkar Çövkən Liqasının açılış mərasimi oldu

15:11

Benzema gələcəyi ilə bağlı qərarını verdi

14:53

Avropa çempionatının bombardirinə bu mükafat veriləcək - FOTO

04:00

04:00

04:00

14:36

İskonun AÇ arzusu yenə reallaşmadı - SƏBƏB

14:17

Tçkayevi ilk raundda yendilər

13:50

Azərbaycan millisinin Albaniya və Qazaxıstanla oyunlarının hakimləri bilindi

13:28

"Olimpik Marsel"in 3 futbolçusu gülləbaran edildi

13:10

Azərbaycan millisi Qazaxıstan klubuna uduzdu

12:51

Əfsanəvi "Volksvagen" dünyasını dəyişdi

12:23

Klubundan ayrıldı, Alleqrinin yerini tuta bilər

12:05

"Bayern" daha bir "Tottenhem"lini aparır - Bu qiymətə

11:47

Ross Barkli bu kluba satıldı

11:29

Mbappe vida ziyafəti verdi - Makron da qatıldı

11:10

Karlo Ançelottinin oğlu "Real"dan ayrılır - Baş məşqçi təklifi aldı

10:49

Daha bir idmançımız Yaponiyada dünya çempionu oldu

10:28

Benzema Səudiyyə Ərəbistanından qaçmaq istəyir, amma...

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:45

Azərbaycan çempionatında pley-off cütü müəyyənləşdi

09:22

Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu mübarizəyə başlayır

09:00

Gürcüstan millisinin AÇ-yə vəsiqəyə görə alacağı mükafatın məbləği bilindi - Baş nazir açıqladı

20 May 2024
20:15

Dieqo Simeone özünü tənqid etdi: "Mən bunu bacarmadım"

Facebookdan bizi izləməyi unutmayın.
X