Şahin Diniyev "Zirə" ilə oyunla (2:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Kəpəz"in baş məşqçisi bunları deyib:
"Azarkeşlər çempionatın ən maraqlı oyunlarından birini izlədilər. Rəqiblə mübarizə apara, təkbətək epizodlarda onlara qalib gələ bildik. Deməzdim ki, “Zirə”nin heyətində Nelson Bonillanın olmaması bizə güclü kömək etdi. Hər iki tərəfin heyətlə bağlı problemləri var idi. “Zirə”də Bonilla yox idisə, bizdə Julien Ebah oynamırdı. Bir də ki, bizim müdafiəçilərimiz istənilən hücumçunun qarşısını kəsmək gücündədilər. “Qəbələ” ilə aramızdakı xal fərqi elə də çox deyil. Bu cür oynamağa davam etməli və əlimizə düşən hər şansdan yararlanmalıyıq”.(“CBC-Sport”)
Fanat.az