Adil Şükürov "Kəpəz"lə oyunla (0:2) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Zirə"nin baş məşqçisi bunları deyib:
"Nelson Bonillanın yoxluğu bugünkü matçda özünü göstərdi. Nurlan Novruzov əlindən gələni etsə də, Bonillanı əvəzləyə bilmədi. Gəncədə oynamaq həmişə çətindi. “Kəpəz”, həqiqətən də, böyük komandadı. Bu gün oyunumuz istədiyimiz kimi alınmadı. Qapımıza təyin edilən 11 metrlik cərimə zərbəsi planlarımızı korladı. Məncə, hakim həmin epizodda haqlı idi. Cərimə meydançası daxilində rəqib futbolçuya toxunuş var idi. Hesabda geri düşdükdən sonra böyük qüvvə ilə irəli atıldıq. Nəticədə qapımızdan ikinci topu buraxdıq. Məğlub olsaq da, uşaqlar sona qədər mübarizə apardılar”.(“CBC-Sport”)
Fanat.az