"Kəpəz" ciddi itki ilə üzləşib. Fanat.az xəbər verir ki, baş məşqçi Şahin Diniyev Budaq Nəsirovun xidmətindən məhrum olub.
Buna səbəb futbolçunun cəzalı duruma düşməsidi. "Zirə" ilə oyunun 51-ci dəqiqəsində perspektivli hücumun qarşısını kəsdiyinə görə cəzalanan Nəsirov sarı vərəqə limitni doldurub. Cari mövsümdə 12-ci "sarı"nı alan və 3-cü dəfə cəzalı duruma düşən Nəsirov XXVIII turun AZAL-la oyununu buraxacaq.
Fanat.az