Yeni mövsümə hazırlaşan "Şəmkir" heyətini daha 3 futbolçu ilə gücləndirib. Fanat.Az xəbər verir ki, bunlardan biri legioner, ikisisi yerli futbolçudu.
Belə ki, "Şəmkir" Kot-D`İvuardan olan müdafiəçi Ture Marifre ilə müqavilə imzalayıb. Didye Droqbanın həmyerlisi olan futbolçu karyerası ərzində ölkəsinin "Tutudu", Azərbaycanın isə "Şahdağ" (Qusar) klubunda forma geyinib.
Yerli transferlərə gəlincə, bunlardan biri Etibar Süleymanov yarımmüdafiəçidi. "Neftçi"nin yetirməsi olan futbolçu "Şəmkir"ə bu Bakı klubundan yollanıb.
Digər futbolçu Şamil Camaləddinovdu. Sağ cinah müdafiəçi bundan əvvəl "Sumqayıt" və "Qəbələ"də çıxış edib.
Qeyd edək ki, "Şəmkir" bundan əvvəl Elşən Poladov, Ruslan PolodovElvin Mirzəyev, Cavid Bağırov, Ruslan Varansov, İlqar Hüseynov, Kazım Kazımlı, Pərvin Paşayev, Sahib Abbasov və Məhərrəm Hüseynovla müqavilə imzalamışdı.
Fanat.Az