11:31 14.09.2016 739

"Neftçi"dən borcumu qəpiyinə qədər alacam" - Bəxtiyar Musayev

"Neftçi"nin sabiq seleksiyaçı-məşqçisi, bir çox tanınmış futbolçunun ölkəmizə gəlməsinə vəsitəçilik edən Bəxtiyar Musayevin adı yenidən gündəmə gəlib. "Qəbələ"yə 0:8 hesabı ilə uduzan "Neftçi"nin yeni transferlərinin gəlişində onun adı hallanır. "Günah keçisi" axtarışında olanlar onun adını gündəmə gətirir, bu gün komandada oynayan (daha doğrusu oynamağa çalışan) bəzi futbolçuların alınmasında onu günahlandırır.

Bu səbəbdən Bəxtiyar Museyevi danışdırmaq qəranına gəldik. Axtarışlarımızın nəticəsi olaraq onun bir müddətdi Belarusda olduğunu eşitdik. Nəhayət "Neftçi"nin sabiq məşqçisini tapdıq və suallarımızı ona ünvanladıq.

Məlumat üçün bildirək ki, Bəxtiyar Musayev ömrünün 17 ilini "Neftçi"yə həsr edib. O, futbolçu kimi 11 il formasını geyindiyi (1991-1995, 1998-2003, 205-2006) komandada 6 il məşqçi kimi fəaliyyət göstərib. 43 yaşlı veteran futbolçu həmçinin karyerası ərzində "Dinamo" (Bakı), "Turan", MOİK, "Qarabağ", "Şəmkir", "Şəfa" və "Xəzər Lənkəran" klublarında oynayıb, Azərbaycan millisinə dəvət alıb.

"Komandanın son transferləri ilə mənim heç bir əlaqəm yoxdu"

- Bəxtiyar bəy, Minksdə xeyir ola?
- Artıq iki aya yaxındı ki, burdayam. "Neftçi"dən ayrıldıqdan sonra bir az düşündüm, burdakı yaxın adamların köməyi ilə Belarusa gəldim. Bəzi təkliflər var. Onları götür-qoy edirəm. Çətin də olsa, vətəndən kənarda yaşamalı oldum.

- Eşitdiyimizə görə oğlunuz da artıq orda oynayır...
- Oğlum da "Neftçi"də oynayırdı. İki ay əvvəl Minsk "Dinamo"sunun heyətində turnirdə iştirak etmişdi. Onu bura dəvət etmişdilər. Məşqçiləri oğlumu komandada görmək istəyirdi. Amma bəzi hadisələr oldu deyə bu təxirə düşdü. İnşallah, yaxın gələcəkdə baş tutar. 

- "Neftçi"də baş verənlərdən xəbəriniz var?
- Əlbətdə ki, "Neftçi"də baş verənləri izləyirəm. Çox acınacaqlı durumdu.Heç vaxt yıxılana balta vuranlardan olmamışam. İndiyədək danışmamışam. Danışsaydım, bir neçə ay əvvəl danışardım. 

- Amma baş verənlərdə sizin də adınız hallanır...
- Xəbərim var. Bəzi kanalar və saytlar hazırda komandada oynayan transferlərdə mənim də adımı hallandırır. Əmin olun ki, komandanın son transferləri ilə mənim heç bir əlaqəm yoxdu. Necə gətiriblər, kimi gətiriblər, özləri bilər. Hər şey göz qabağındadı. Allah xeyirlərin versin.

"Elnur Məmmədov klubun mətbuat xidmətinə tapşırıq vermişdi ki..."

- Bəs ömürümüzün 17 ilini sərf etdiyiniz komandadan niyə getdiniz?
- Yeni rəhbərlik gələndən sonra bəzi insanlar öz istəyi ilə komandadan getdi. Mənim qalıb işləməyimi istəmişdilər, qalmışdım. Güvəndiklərinə görə təşəkkür də etmişdim. Amma sonradan bir çox hadisələr baş verdi. Elnur Məmmədovla Vəli Qasımovun Braziliya səfəri oldu. Futbolçuları izləmək üçün getmişdilər. Amma komandanın seleksiyaçı-məşqçisi olaraq kənarda qalmışdım və bu mənə pis təsir etdi. Bu işlə futbolu bilən məşğul olmalıdı. Hər oxuyan Molla Pənah olmur. Futbolçu olmaq, futbolu bilmək demək deyil. Maradona güclü futbolçu olub, ondan yaxşısı olmayıb, amma məşqçi kimi heç bir nəticə qazana bilmədi. Deməyim odu ki, hər işin öz peşəkarı var. Onların bu addımı mənə pis təsir etsə də, problem yox idi. Yenə öz işimizi davam etdirirdik. Amma bəzi məqamlar oldu. Yadınızdadısa, Sadıq Sadıqovun dövründə bir müddət "Neftçi"dən yığmaya futbolçu dəvət olunmadı. Ondan sonra da işlər qarışdı, "Neftçi"də dəyişikliklər oldu. Ötən il birdən-birə komandadan 5 futbolçu yığmaya dəvət aldı. Təbii ki, bir "Neftçi"li olaraq bu məni sevindirdi. Elnur Məmmədov klubun mətbuat xidmətinə tapşırıq vermişdi ki, məndən müsahibə götrülüsün, orda qeyd olunsun ki, "əvvəllər "Neftçi"dən milliyə heç kim dəvət olunmurdu, indi olunur. Əvvəllər uşaq futboluna diqqət olunmurdu, indi hər şey yaxşıdı". Mən isə bunun qəti əleyhinə idim. Çünki "Neftçi"dən milliyə oyunçu çağrılmayanda mətbuata açıqlama vermişdim ki, "bu futbolçular milliyə layiqdi, niyə çağırılmırlar?" İndi durub fərqli açıqlama verə bilməzdim. Çünki əvvəllər gözəl nəticələr olub. "Neftçi"nin uşaq komandaları da uğurlar qazanıb. Araz Abdullayev, Mirhüseyn Seyidov, Tərlan və başqaları "Neftçi"nin yetirməsidi, çox işlər görülüb. Öz bildiyim kimi müsahibə verdim. "Keçmişdə belə olub, elə olub" sözlərini demədim. Ondan sonra gördüm ki, Elnur Məmmədovun mənə qarşı münasibəti çox dəyişib.

- Gedişinizə səbəb bu idi?
- Elnur Məmmədovla daha bir mübahisəmiz olmuşdu. Bildiyiniz kimi, ötən il maaşların verilməsində bir az problem olmuşdu, 1-2 ay gecikmə yaranırdı. Yeni müqavilə ilə maaşımızı 2 ay sonra aldıq. Uzun müddət sonra bildim ki, mənim maaşımda ciddi dəyişikliklər olub. Təbii ki, etirazımı bildirdim. Dedim ki, "iyul ayında yeni müqavilə bağlayanda bunu niyə mənə deməmisiz?" Klubda durumun dəyişdiyini, gələcəkdə vəziyyətin bəlkə düzələcəyini dedilər. Hətta mən otaqdan çıxıb getdim, klubu tərk etmək istədim. Elnur Məmmədov özü məni çağırdı ki, "gəl işlə, hər şey düzələcək". Nəticədə işimizə davam etdik. Ondan sonra maaşım iki dəfə azaldı, onu da iki hissəyə verəcəkdilər. Hər dəfə bir hissəsini verirdilər, bir hissəsi isə indiyədək qalır. Bir neçə dəfə müraciət etmişdim. Hər dəfə deyirdilər veriləcək, bu günə qədər də almamışam. 

"O, özünə xoş gələn sözləri eşitmək istəyirdi, komandaya lazım olanları yox"

- Bu qədər haqsızlığa rəğmən niyə qalırdız “Neftçi”də?
- Çünki "Neftçi" mənim komandamdı, hamı məni burda tanıyıb, kapitanlığa qədər yüksəlmişəm, burdan milliyə çağrılmışam. Fəxr edirəm ki, "Neftçi"də məşqçi kimi də naliyyətlərim olub. Hər şeyə rəğmən işimi davam etdirirdim. Komandaya kömək etmək istəyirdim. Amma Elnur Məmmədov amili var idi. O, özünə xoş gələn sözləri eşitmək istəyirdi, komandaya lazım olan sözləri yox. Hər şeyə rəğmən deyirdim ki, "bundan sonra irəliyə baxaq, "Neftçi" üçün çalışaq, səmimi olaq". Fikirlərimlə razılaşdıqlarını, səmimi olduqlarını bildirirdilər. Amma bu səmimiiyyəti sona qədər görmədim. İstədikləri sözləri məndən eşitməyəndə özümə qarşı qıcıqlandırıcı hərəkətlərin edildiyini görürdüm, bu da mənə pis təsir edirdi. 

- Məsələn...
-Mən uşaq komandalarının oyunlarını da gedib izləyirdim. Oyundan bir neçə saat əvvəl bazaya gəlirdim, maşın ayırırdılar, stadiona yollanırdım. Amma xoşları gəlməyən sözləri deyəndə, mənə oyunlara avtobusla getməyi təklif edirdilər. Mən də etiraz edib, öz pulumla taksi tuturdum. Sözümüz düz gəlməyəndə "niyə saat 10-da işə gəlməmisən" kimi xəbərdarlıq edirdilər. Münasibətlərimiz normal olanda bunlar yadlarına düşmürdü. Görürdüm ki, mənə yad münasibət göstərirlər. Sonra mənə aid olmayan oyunların analizini istədilər. Dedim ki, "bu düzgün deyil, komandanın baş məşqçisi var, onların bu işlə məşğul olan sistemi var". Üst-üstə yığılan bu səbəblərdən sonra onlarla işləmək istəmədiyimi bildirdim. Düşünürdülər ki, işsizlikdi, bir çox məşqçilər kənarda qalıb, yəni heç kim heç yana gedən deyil. Amma düşünmürlər ki, hər bir insanın mənliyi, qüruru var. Onlarla bu barədə danışdım və komandadan ayrıldığımı dedim.

"Sona qədər mübarizə aparacam ki, pullarım geri qayıtsın"

- Sonra nə baş verdi, maaşınızı ala bildiniz?
- Komandadan ayrıldıqdan sonra Mübariz Xudiyevə bildirdim ki, Elnur Məmmədova çatdırsın ki, maaşımın qalan hissəsini ödəsinlər. Buna görə səlahiyyətli şəxslərə də müraciətim olub. Bu mənim haqqımdı. Amma bu günə qədər ödənilməyib. Sona qədər mübarizə aparacam ki, pullarım geri qayıtsın. Miqdar önəmli deyil. Qəpiyinə qədər alacam.

- Çingiz Abdullayevin məsələdən xəbəri vardı?
- Müşahidə Şurasının bir neçə üzvü ilə görüşmək istədiyimi demişdim. Səhv etmirəmsə, 3 dəfə müraciətim oldu. Bəlkə mənim nəsə səhvim olub? Onların dilindən eşitmək istədim. Amma görüş təyin olunmadı. Təəssüf ki, Elnur Məmmədovun sözlərinə qulaq asdılar, ona inandılar.  Bütün işlərin başında məhz Elnur Məmmədov dayanırdı. Çingiz Abdullayevin başqa işləri də olurdu, vaxtını tam olaraq kluba ayıra bilmirdi. Ən əsası da Elnur Məmmədova tam güvəndiyi üçün onun bütün dedikləri ilə razılaşırdı. Mənim gördüklərim bu idi. Dəfələrlə Müşahidə Şurası ilə görüşməyə cəhd etdim. Yaxşı və pis işləməyimin hesabatını vermək istəyirdim. Çox təəssüf ki, bu baş vermədi.

- İki rəhbərliklə də işləmisiniz. Onların arasındakı fərq nə idi?
- Əvvəlki dövrdə seleksiyaçı-məşqçi olmaqla yanaşı, məşq prosesində də iştirak edirdim, məşqçilər korpusunda da yer alırdım. Fikir mübadiləsi aparırdıq, bizə qulaq asırdılar. Bunlar "Neftçi"nin irəli getməsi üçün idi. Həmin vaxt heç kim öz şəxsi mənafeyi üçün çalışmırdı. Ona görə də 3 çempionluq, 2 kubok, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanılmışdı. Yeni rəhbərliyin dövründə hər şey deyişdi. Ola bilər yuxarıda qeyd etdiyim amil buna təsir etdi. Heç bir şey etməyib, əvvəlki rəhbərliyi suçlamaq heç nəyə yaramaz. Demişdim ki, bu yalnış fikirdi, niyə belə düşünürsiz? Amma nəticəsi olmadı.

"Onun rəhbərlik etdiyi "Neftçi"dən çıxmağıma görə peşman deyiləm"

- "Neftçi"də yenə rəhbərlik dəyişikliyi olacaq. Yəni Məmmədov gedir. “Kaş bir az da göz yumub, doğma komandamda qalardım” kimi peşmanlıq hissləri yoxdu ki?
- Elnur Məmmədovun rəhbərlik etdiyi "Neftçi"dən çıxmağıma görə bir gün də olsun peşman olmamışam. Düzdü, illərlə oynadığım və çalışdığım yerdən getmək asan olmadı, amma peşman deyildim. Bunları ona görə demirəm ki, mənə iş versinlər. Sağ olsun futbol sahəsində çalışan insanlar dəvətlər göndərirlər. Şükür olsun ki, transfer dönəmində bəzi futbolçuların transferinə vasitəçilik etdim. İndi də Belarusdayam. Burda da təkliflər var. Olan-oldu, keçən-keçdi. 

- Son oyunla bağlı nə düşünürsüz?
- O, günkü nəticəni (0:8) görəndə çox pis oldum. Çünki "Neftçi"nin tarix boyu öz çempionatımızda belə nəticəsi olmamışdı. Halbuki, son iki mövsüm əvvəlkilərdən daha zəifdi. Komandanın 0:8 uduzması "Neftçi"nin bərbad səviyyədə idarə olunduğunu göstərir. Mən yıxılana balta vurmuram. Hamı hər şeyi görür, nələrin baş verdiyini yaxşı bilir. Çox heyif ki, "Neftçi"nin gözəl günləri geridə qaldı. 

- Heç sizin səhviniz olmayıb? 
- Həmişə təvazökar insan olmuşam. Bəlkə bu özümə də ziyan vurub. Gördüyüm işi reklam etməmişəm. Mətbuatda çox danışmamışam, bəzən televiziya proqramlarında qonaq olmaq təklifindən imtina etmişəm. Görünür səhvim olub. Gərək gördüyün işi deyəsən ki, bunların gözünə görünəsən. İndi bir təvazökarlıqdan kənara çıxaraq deyərəm ki, bu gün "Qarabağ"ın, "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsində oynamasında mənim də payım olub. Sadıq Sadıqov bizə güvəndi, etimad göstərdi, biz də gedib elə futbolçular gətirdik ki, çempionatda rəqabət yarandı, rəqiblərimiz daha güclü futbolçular transfer etməyə başladı. Demək olar ki, transferlərdə səhvə yol vermirdik. "Real", "Çelsi" kimi böyük klublar belə transferlərdə 30-40 faiz səhvlər edir, amma bizdə bunlar yox idi. Çox sevinirəm ki, o vaxt biz ən az legionerlə çıxış edirdik, amma yalnışlıqlar olmamışdı. Bu da rəhbərliyin bizə etimadının nəticəsi idi. Görün kimləri gətirmişdik? Rodriginyo "Santos"da Neymarla birlikdə çıxış edirdi. Flavinyo A Seriyasında oynayırdı. Onları gətirəndə təbii ki, çox əziyyət çəkdik. Tahir Süleymanov  menecerlərlə danışanda onları inandırırdıq ki, müştəriləri Azərbaycanda yaxşı naliyyətlər qazana bilər. İndi bəlkə də bir az asandı, çünki klublarımız Avropa Liqasının qrupunda oynayır. O, vaxt Azərbaycan barədə belə məlumatları yox idi, nəyinki futbolumuz haqdı. İndiyədək onların adı yaxşı mənada hallanır. Nəyinki Flavinyo, Rodriginyo, həmçinin Kanales, Ramos, Bruno və bir çox futbolular var ki, bizim əməyimizin nəticəsi olaraq Azərbaycana gəlmişdi. Səhv etmirəmsə, həmin vaxt ən az legioner "Neftçi" və "Qarabağ"da çıxış edirdi. Çünki Sadıq Sadıqov yerli futbolçulara üstünlük verilməsini istəyirdi. Səviyyəli legionerlər və istedadlı yerli futbolçuların oynamasına çalışırdı.

- Son olaraq nələri demək istərdiniz?
- Mənə qarşı böyük haqsızlıqlar oldu. Çünki komandanın gözəl nəticələr əldə etməsində böyük pay sahibi olmuşam. “Neftçi”nin ən yaxşı vaxtlarında belə heç bir çirkin işlərə qarışmamışıq, öz zəhmətimizlə pul qazanmışıq. Bəlkədə dünyada bu sahədə çalışan çox az adam var ki, halal zəhməti ilə pul qazansın. Onlardan biri də mən olmuşam. Çox təəssüf ki, Elnur Məmmədov kimilər komandanı bu vəziyyətə gətirib çıxartdı. Ona dəfələrdə dedim ki, "siz futbolda yenisiniz, baxın Bəxtiyar nə deyir, başqaları nə deyir. Özünüz üçün analiz edin". Çalışırdım ki, səmimi olum. Amma onlar yaxşını pisdən, savadlını savadsızdan ayıra bilmədi. Nəticədə "Neftçi" bu günə düşdü. Mənə böyük klublardakı iş prosesindən misal gətirirdi. Mən də ona "Neftçi"nin AZAL-dan geri qaldığını dedim. Böyük klub olmaq üçün gərək AZAL-dan öndə olasan. Məsləhətlərə baxmadılar və nəticə də budur. 

- Bəxtiyar bəy, kaş bunları Azərbaycanda olanda deyərdiz…
- Bu günlərdə vətənimə qayıdıcam. Kimin mənə etirazı, iradı varsa, üzbə-üz görüşməyə hazıram. Kimsə düşünməsin ki, ölkədən kənardayam deyə bunları danışıram. Hər şeyi hər kəsin üzünə deməyə hazıram. Mənim çəkinəcək, qorxacaq heç nəyim yoxdu.

Əli Sahib
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
15:20

"Şalke" Kariusla bağlı qərarını verdi -SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

Facebookdan bizi izləməyi unutmayın.
X