17:33 14.09.2016 873

"Bir də "Viktoriya" ilə düşsək..." - Qurban Qurbanov

"Kiçik turnirdi, burda həddindən artıq diqqətli olmalıyıq. Sabah ən doğrusunu etməyə çalışacağıq”. Fanat.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
 
Avropa Liqasının qrup mərhələsi çərçivəsində Ağdam klubu sabah “Slovan”ı qəbul edəcək. Matçdan öncə mətbuat konfransı keçirən ağdamlıların çalışdırıcısı maraqlı fikirlər səsləndirib.
 
O bildirib ki, sabahkı görüşdə yaxşı nəticə əldə etməklə, azarkeşləri sevindirməyə çalışacaqlar: “Rəqibimiz ciddidi. Bu il Avroliqanın qrup mərhələsinə qədər 4 oyun keçiriblər və 4 qələbələri var. Son 3 ildə 2 dəfə qrupda oynayıblar. “Sevilya” kimi komandaya qarşı matçda çox yaxşı nəticə əldə ediblər. Belə bir rəqibə qarşı oynamaq bir tərəfdən çətin, digər tərəfdən maraqlı olacaq. Uğurlu nəticə əldə etməyə çalışacağıq”.
 
- Sabah AZAL-la oyundakı ilk “11-liy”i görəcəyik?
- Ola bilər ki, dəyişiklər olsun. Amma elə də ciddi dəyişiklik etməyəcəyik. Bir neçə dəyişiklik olacaq.
 
- Matçın baş tutacağı stadionun son durumu ilə maraqlanmısız?
- Dünən məşq keçdik. Yaxşıdı, pis deyildi.
 
- Stadion problemi komandaya necə təsir edə bilər?
- Bu məqamları böyütmək lazım deyil. Oyuna çox az vaxtımız qalıb. Stadion barədə düşünməyə vaxtımız yoxdu. Əlimizdə hansı şərait varsa, ondan düzgün yararlanmalıyıq.
 
- Sabahkı oyunda hansı nəticəyə ümid edirsiz?
- Çalışacağıq ki, öz düşüncələrimizi meydanda yerinə yetirək. Ola bilsin, meydanda çox mübarizə olsun. Rəqib belə komandadı, kombinasiyalı oyuna imkan vermir. Bir-iki qol vəziyyətləri olsa belə, ondan istifadə etməyə çalışacaqlar. “Qarabağ” olaraq, əlimizdə imkan varsa, ondan istifadə etməliyik.
 
- “Slovan”ın heyətində Milan Baroş kimi hücumçu var...
- Ona xüsusi diqqət ayrılacaq. Baroşun öz oyun üslubu var. Hücumun tamamlanması və davam etdirilməsində rolu böyükdü. Topa yaxşı nəzarət edir. Ondan topu almaq çətindi. Mənim düşüncəmdə hansısa futbolçuya qarşı tək müdafiəçini oynatmaq yoxdu. O, hansı zonada olsa, həmin mövqedə qərarlaşan futbolçumuz Baroşa imkan verməməlidi. Rəqibin digər oyunçuları ilə müqayisədə, Baroşa xüsusi diqqət ayrılacaq.
 
- Artıq 3-cü dəfə Avroliqanın qrup mərhələsində iştirak edəcəksiz. Əvvəlki həyəcan varmı?
- İdmanda təcrübə artdıqca həyəcan daim çoxalır. Təki həmişə bu səviyyədə qalaq. Həyəcan varsa, deməli, işimizdə məsuliyyətliyik. Avroliqadan əlavə, çempionat görüşlərində də bizdə həyəcan olur. Çünki avrokuboklara vəsiqə çempionatda qazanılır.
 
- Çempionlar Liqasına gedən yolumuzu məhz Çexiya klubu kəsdi. Bu amil sabahkı görüş öncəsi sizə əlavə stimul verirmi?
- Fikrimizdə intiqam yoxdu. Çexiyalı futbolçular Avropada ən intizamlılardan sayılır. Bu ölkənin idmançılarında intizam həddindən artıqdı. İdmanda intiqam yoxdu. Düşdüyün vəziyyətdən düzgün şəkildə çıxmalısan. Biz bu gün intiqam barədə düşünsək, rəqib haqda fikirləşməyə vaxtımız az olacaq. O oyunu uduzduq, keçdi. Bir də “Viktoriya” ilə düşsək, onda onlardan revanş almaq barədə düşünmək olar.
 
- Hakimlər briqadası İsveçrədən olacaq. Sizcə, bu hakimlər İsveçrə saatları kimi dəqiq işləyə biləcəklərmi?
- Mən heç kimə cavabdeh deyiləm. Hakimləri ölkələrə bölmək düzgün çıxmaz. Bizim işimiz futbol oynamaq, onların işi oyunu idarə etməkdi. Bir-birimizin işinə qarışmaq olmaz. Çalışacağıq fikrimiz ancaq oyunda olsun.
 
- Sizə elə gəlmir ki, bəzən rəqibi həddindən artıq ciddiyə alırsız?
- Niyə də ciddiyə almayaq? Hər bir işdə ciddiyyət olmalıdı. Rəqibdən-rəqibə fərq var. Dünən bir toplantımız oldu, fikirlər söylədim. Bu gün də rəqibin oyunlarına baxdım və əlavə fikirlər ortaya çıxdı. Ola bilər ki, çox dərinə getmək bəzən xeyrimizə olmayıb, amma bəzən də xeyrimizə olub.
 
- Sabiq komandanız “Neftçi”nin “Qəbələ”yə 0:8 hesablı məğlubiyyətini necə qarşıladız?
- Məni hansısa klub yox, Azərbaycan futbolu narahat edir. Daim istəmişəm ki, komandalarımız həmişə uğurlu nəticələr əldə etsinlər. Həm “Qəbələ”, həm də “Neftçi” bizim rəqibimizdi. Futbolçulara daim demişəm ki, bizim işimiz öz oyunumuza fikir verməkdi. Hər klubun öz idarə heyəti, başbilənləri var. Bizim müdaxilə etməyimiz düz çıxmaz, hörmətsizlik olar. “Qarabağ” olaraq, biz də böyükhesablı məğlubiyyətə uğramışıq. Bəzən belə məğlubiyyətlərin komanda və klub üçün böyük faydası olur.(apasport)

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

Facebookdan bizi izləməyi unutmayın.
X