Milli komandamızın üzvü Dmitri Nazarov seçmə mərhələdəki çıxışları ilə bağlı fikirlərini bildirib. Fanat.Az xəbər verir ki, 27 yaşlı hücumçu son tsikldə Almaniya yığmasına qarşı iki oyun keçirməyin sevindirici hal olduğunu söyləyib:
"Azərbaycan millisi heç vaxt seçmə mərhələlərdə 10 xal toplamayıb. Biz böyük uğurlar əldə etmişik. Buna görə çoxlu tərif aldıq. Dünya çempionu Almaniyaya qarşı iki dəfə oynadığım üçün xoşbəxtəm. Qasığımda zədə var idı. Ona görə də Almaniya ilə görüşdə cəmi 20 dəqiqə meydanda oldum”.
II Bundesliqada "Aue”nin formasını geyinən Nazarov oktybarın 15-də "Qröyter Fürt”lə səfərdə keçirəcəkləri X tur görüşünədək zədəsini tam sağaldacağını və meydana çıxmağa hazır olacağını söyləyib: "Rəqib hücum futbolu sərgiləyir və təhlükəlidir. Baş məşqçi dəyişikliyindən sonra çox şey etmək istəyirlər. Döyüş xarakterli oyun olacaq. Birgünlük məşqə ara vermişəm. "Qröyter”lə qarşılaşmaya hazır olacağam”.
Fanat.Az