Bir çox sahədə birinci olan Kriştiano Ronaldo bu ilə qədər Avropanın ən çox qazanan məşhuru idi. Fanat.Az xəbər ki, "Real"ın portuqaliyalı ulduzu artıq birinciliyi əldən verib.
Onun yerini "Harry Potter" seriyasının yazarı Coanne Rovlinq (J.K. Rowling) tutub. "Forbes"in hesablamalarına görə, Ronaldo bu il 93 milyon dollar gəlir əldə edib. Coanne Rovlinqin gəliri isə 95 milyon dollar olub və bununla da Avropanın ən çox qazanan məşhuruna çevirilib.
Ronaldo siyahının ilk 20 pilləsində yer almış 3 futbolçudan biridi. Ondan başqa siyahıya "Real"ın uelsli ulduzu Qaret Beyl və "Mançester Yunayted"in üzvü Zlatan İbrahimoviç də düşüb.
Ronaldo dünya reytinqində 5-ci olub. Bu il 130 milyon dollar gəlir əldə edən Sean Komb 1-ci yeri tutub. Beyons 105 milyon gəlirlə ikinci, Coanne Rovlinq üçüncü, Drake (94 milyon dollar) dördüncü olub.
Ronaldonun futboldakı ən böyük rəqibi Lionel Messi isə bu il 80 milyon avro qazanıb.
Fanat.Az