"Milan" "Beşiktaş"ın futbolçusunu transfer etmək istəyir. Fanat.Az xəbər verir ki, İtaliya klubu Oğuzhan Özyakupa elçi düşüb.
İtaliya mətbuatının məlumatına görə, "Milan" artıq rəsmi təkliflə "Beşiktaş"a müraciət edib. İtaliya təmsilçisi 25 yaşlı yarımmüdafiəçi üçün türklərə 15 milyon avro (təxminən 30 milyon manat) təklif edib.
Futbolçunun özünün "Milan"da oynamağın əleyhinə olmadığı, amma son qərarı "Beşiktaş" prezidenti Fikret Ormanın verməsini istədiyi bildirilir.
Qeyd edək ki, "Beşiktaş" Oğuzhanı 2012-ci ildə "Arsenal"ın U-21 komandasından 500 min avroya alıb. Şahırda "Transfermarkt" ona 12 milyon avro qiymət qoyub. Cari mövsümdə 22 rəsmi oyuna çıxan futbolçu 5 qol ötürməsi edib.
Fanat.Az