"Arsenal"la müqaviləsi mövsümün sonunda başa çatacaq Aleks Sançeslə bağlı yeni xəbər yaylıb. Fanat.Az xəbər verir ki, "The Guardian" "Mançester Yunayted"in çilili ulduzu transfer etməyə çalışdığını iddia edib.
Bundan əvvəl "Mançester Siti" də Sançesə elçi düşmüş və 20 milyon funt-sterlinq təklif etmişdi. "Mançester Yunayted"in isə 25 milyon funt-sterlinq təklif etdiyi iddia olunub. Transferin baş tutması gözlənilir.
Qeyd edək ki, Sançes cari mövsümdə meydana çıxdığı 21 rəsmi oyunda 8 qol vurub və 4 məhsuldar ötürmə edib.
Fanat.Az