13:16 12.01.2018 1942

Vaqif Cavadova bircə sual

Aydın Bağırov
Qol.az-ın baş redaktoru

Bu sualı saxlayaq yazının axırına. Hələlik biz gələk böyük Cavadova - Vaqifin əmisi İsgəndər müəllimə. 

AFFA İcraiyyə Komitəsinin indiki və əvvəlki bütün üzvləri kimi, futbolumuzla bağlı çıxarılan önəmli və önəmsiz hər bir qərara görə məsuliyyət daşıyan adamlardan biri də İsgəndər Cavadovdu. İK iclaslarında İsgəndər müəllimin futbolumuzun xeyri üçün nə kimi təklif verdiyini bilən yoxdu. Amma bu dəqiq faktdı ki, Rövnəq Abdullayev və komandası Foqtsu milliyə gətirdikdən sonra müqaviləsi bitəndə də burda qalıb işləməsinə nail oldular. Bununla bağlı qərara əl qaldırıb dəstək verənlərdən biri elə böyük Cavadov idi.

İsgəndər müəllim o qərarla razılaşanda onun doğma qardaşı oğlu Vaqif Cavadov Foqtsun rəhbərliyi ilə millidə oynayır, Almaniyaya kuryoz bir qol vurur, AFFA şefi isə 1:6 hesablı rəzil məğlubiyyətə görə xəcalət çəkmək əvəzinə "Heç Argentina onlara 1 qol vura bilməmişdi, hi-ha..." deyib şaqqanaq çəkməklə özünü və komandasını futbol qəhrəmanı sayırdı. Bu həm də o dövrlər idi ki, azarkeşlər, ən çox da futbol mediası təkidlə, davamlı olaraq Qurban Qurbanovun milliyə gətirilməsini tələb edirdi. Və onda Vaqif Cavadov da daxil olmaqla millinin bütün üzvləri Foqtsdan dəvət almamağın qorxusundan ağızlarına su alıb sakit otururdu.

Hansından soruşurdun ki, Qurban Qurbanov millidə işləməlidimi? Donquldana-donquldana cavab verirdilər ki, "hmmmmm. Bu rəhbərliyin işidi. Kimi dəsələr, onun rəhbərliyi altında da oynayacağıq, İnşallah...”

Amma arxasınca deyirdilər ki, bu əclafı qovsaydılar, yaman olardı.

Foqts gedəndən sonra isə hamısı oldu qardaşımız türklər demiş, aslan parçası. Bir ildi futboldan itən Vaqif Cavadov da dünən üzə çıxan kimi bu mövzuda danışıb və bu zaman jurnalistlərə müdrik el ağsaqqalları tərzində öyüd-nəsihət verib, irad bildirib: "Qurbanova dəstək nümayiş etdirin. Prosineçkili, Foqtslu yığma uduzanda tənqidlər olmurdusa, Qurbanovlu yığma üçün də olmasın”. Jurnalistlərdən biri isə Cavadova xatırladıb ki, axı, media Foqtsu az tənqid etməyib. O da cavab verib ki, "düzdü, tənqid edirdiniz, amma o, sonda vəzifəsində qalırdı”. Siz bir cümlənin dırnaqarası "əzəməti”nə fikir verin: "Tənqid edirdiniz, amma o, sonda vəzifəsində qalırdı”.

Elə bil Foqtsu millidə jurnalist Əli Sahib saxlayırmış.

Hə, bizdə futbol adamlarının köhnə adətidi arxası-dayağı olmayan insanlarla iradla, hökmlə danışmaq.  Amma məsələn, Rövnəq Abdullayev, yaxud onun müavini Elşad Nəsirovdan söz düşəndə hamısı quzuya dönürlər.

İndi gəlirəm, o bircə suala: Vaqif Cavadov, Foqtsu millidə SOCAR-ın və AFFA-nın vitse-prezidenti, hazırda da yekə fiqur olan Elşad Nəsirov və komandası saxlayırdı. İradını ona bildirə bilərsən, yoxsa hələ münasib zaman yetişməyib, o da nə vaxtsa vəzifədən gedəndən sonra danışacaqsan?
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2024
20:30

41 ildən sonra ÇL-ə çıxan klub PSJ-nin oyunçusu ilə güclənir

19:10

Çempionluğun taleyi son tura qaldı

18:45

"Mançester Siti"nin əsas qapıçısı sıradan çıxdı

18:17

"Turan Tovuz" "Qarabağ"la oyuna 2 itki ilə çıxacaq 

17:55

"Kroos "Qızıl top" uğrunda mübarizə aparmalıdır" - Ançelotti 

17:42

"Turan Tovuz"un şikayəti təmin edilmədi

17:13

"Zibil, səni harada tapacağımı bilirəm" - Alleqri özündən çıxdı

16:44

Mudrik yayılan xəbərləri təsdiqlədi: "Bu, oyunun bir hissəsidir"

16:39

Xesus Navas gedir

16:21

Duarte "Kruzeyro"ya keçir? - Agenti açıqladı

16:04

AÇ-2024: Almaniya millisinin heyəti açıqlandı

15:46

Azərbaycan millisi Yaponiyadakı dünya çempionatında iştirak edəcək

15:28

Qnabri AÇ-2024-ü kənardan izləyəcək - SƏBƏB

15:10

La Liqa klubundan qeyri-adi addım: Oyunu qapıçısına qurban verdi

14:51

Andrey Lunyov "Qarabağ"ı paytaxt klubuna dəyişə bilər

14:33

"Onlar favoritdilər, AÇ-ni artıq kağız üzərində qazanıblar"

14:18

"Karvan" - "Mingəçevir" oyunu illərin derbisidir" - Qabonlu Ondo

13:59

İbrahimoviç məşhur boksçuya səsləndi: "Sənə özün olmağı arzulayıram"

13:40

Harri Keyn Almaniyada mükafat qazandı

13:21

AFFA rəsmisi Elxan Məmmədovla eyni iclasda

13:04

AFFA "Qarabağ", "Sabah", "Sumqayıt" və "Kəpəz"i cərimələdi, "Zirə"yə xəbərdarlıq olundu

12:45

Mərkəzi oyun FİFA referisinə tapşırıldı

12:29

Palmer Lemparda çatdı, daha bir rekorda şərik oldu

12:08

"İstirahətə ehtiyac var" - "Kəpəz"in kapitanı

11:50

"Yuventus" kubok qazanan Alleqrini qovacaq - SƏBƏB

11:30

Azərbaycanın 11 boksçusu yarımfinala yüksəldi

11:11

"Arsenal" 75 milyonluq hücumçu alır

10:50

Nigeriyalı forvardı Bundesliqada ən yaxşı seçdilər

10:31

Azərbaycan millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək

10:12

Tuxel "Bayern"də  qalacaq - Yalnız bir tələbi var

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:26

“Mançester Yunayted”in mənə ehtiyacı yoxdursa, gedəcəyəm" - Brunu Fernandeş

09:00

Alleqri İtaliya futbolunun tarixinə düşdü - Rekord

02:18

"Atletiko"ya Qrizmann təkbaşına qələbə qazandırdı

02:09

PSJ-dən çətin qələbə, "Olimpik Marsel" uduzdu

01:57

İtaliya Kubokunun qalibi bəlli oldu

01:24

"Mançester Yunayted"lə "Çelsi"dən çətin qələbə

15 May 2024
22:44

Ukrayna Kubokunun qalibi bilindi

20:00

Sadio Mane Avropaya qayıdır - Yeni klubu bilindi

19:20

Ərəblər İstanbul nəhənginə fantastik maaş təklif etdi - MƏBLƏĞ

Facebookdan bizi izləməyi unutmayın.
X