"Ramil Şeydayev hələ hazır deyil".
Fanat.Az xəbər verir ki, bu sözləri Rusiyanın "Krılya Sovetov" klubunun baş məşqçisi Andrey Tixonov deyib.
Baş məşqçi millimizin üzvünün öz üzərində çalışmalı olduğunu bildirib: "O, daha da inkişaf etməli və formasını yaxşılaşdırmaq üçün çalışmalıdı".
Qeyd edək ki, Ramil Şeydayev Rusiya Premyer Liqasının IV turunun "Lokomotiv”lə oyununda (0:1) yeni klubunda debüt edib. O, 81-ci dəqiqədə meydana çıxıb.
Fanat.Az