"Sportinq"in baş məşqçisi Joze Pezeyru Portuqaliya Liqa Kubokunun "Maritimu" ilə oyununda 3 futbolçuya istirahət verib.
Fanat.Az xəbər verir ki, bu addımı Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri oyuna görə atıb.
Lissabon təmsilçisinin baş məşqçisi sabah baş tutacaq oyunda yarımmüdafiəçi Rodriqo Battalya, müdafiəçi Stefan Ristovski və Sebastyan Koatesinin xidmətindən yararlanmayacaq.
Qeyd edək ki, "Sportinq" - "Qarabağ" oyunu sentyarın 20-də baş tuatacaq və Bakı vaxtı ilə saat 23.00-da start götürəcək.
Fanat.Az