12:43 27.09.2018 1221

UEFA “Qarabağ” - “Arsenal” oyunu ilə bağlı statistik məlumatları açıqladı

UEFA-nın rəsmi saytı Avropa Liqasının qrup mərhələsinin II turunda "Qarabağ” komandasının Bakıda İngiltərə təmsilçisi "Arsenal”a qarşı keçirəcəyi oyunla bağlı statistik məlumatları açıqlayıb.

Yazıda London komandasının ilk dəfə Azərbaycana səfər edəcəyi vurğulanıb. "Qarabağ” ilk turda Portuqaliyada "Sportinq”ə 2 cavabsız qolla uduzubsa, "Arsenal” evdə Ukraynanın "Vorskla” kollekivini 4:2 hesabı ilə üstələyib.

Əvvəlki görüşlər

- "Arsenal” heç vaxt Azərbaycan komandaları ilə qarşılaşmayıb. "Qarabağ” isə İngiltərə təmsilçilərinə qarşı keçirdiyi 4 oyunun hamısında uduzub. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 2015/16 mövsümündə Avropa Liqasının qrup mərhələsində "Tottenhem”ə (0:1, 1:3), ötən mövsüm Çempionlar Liqasının (ÇL) qrupunda isə "Çelsi”yə məğlub olub (0:6, 0:4).

"Qarabağ”

- 2017/18 mövsümündə ardıcıl 5-ci dəfə Azərbaycan çempionu olan "Qarabağ” bütün hallarda avrokubokların qrup mərhələsində iştirak edib. Üç dəfə bu yarışda qüvvəsini sınayan Ağdam təmsilçisi, ötən mövsüm ÇL-in qrupuna düşən ilk Azərbaycan klubu olub. Bu dəfə isə "köhlən atlar”ın qitənin ən nüfuzlu klub turnirində yolunu Belarus BATE-si kəsib – 0:1, 1:1. Əvəzində Avropa Liqasının pley-off mərhələsində Moldovanın "Şerif” komandasından iki oyunun nəticəsində güclü olan (0:1, 3:0) "Qarabağ” qrupa vəsiqə qazanıb.

- Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv avrokuboklarda heç vaxt qrupdan çıxa bilməyib. Komanda 9 səfər oyunundan yalnız 2-də qalib gəlib. "Qarabağ” Ukraynanın "Dnepr” (2014/2015) və Yunanıstanın PAOK (2016/2017) komandalarını 1:0 hesabı ilə məğlub edib.

- "Qarabağ” bu mövsüm evdə keçirdiyi avrokubok oyunlarında cəmi bir qol buraxıb. Ötən mövsümün son matçında isə "Çelsi”dən 4 top görüb. Əvəzində İspaniya "Atletiko”su ilə həm evdə, həm də səfərdə heç-heçə edib (0:0, 1:1).

"Arsenal”

- "Arsenal” 2017/18 mövsümündə Premyer Liqada 6-cı yeri tutub. London təmsilçisi daha əvvəl 22 ildən sonra bu ilin mayında komandanın baş məşqçisi postunu tərk edən Arsen Vengerin dövründə belə zəif nəticə göstərməyib. Buna rəğmən, "topçular” qrupa birbaşa vəsiqə əldə ediblər.

- Ardıcıl 19 il ÇL-də çıxış edən "Arsenal” ötən mövsüm Avropa Liqası adlanan turnirdə debüt edib və yarımfinala qədər irəliləyib. Burada isə yarışın qalibi olan "Atletiko”ya uduzub (1:1, 0:1). Londonlular ötəmn mövsüm avrokuboklarda 7 səfər matçında 4 dəfə qalib gəlib, 2 dəfə məğlub olublar.

- "Arsenal” ötən mövsüm Avropa Liqasının qrup mərhələsinin II turunda səfərdə BATE-ni 4:2 hesabı ilə məğlub edib. 1999/2000 mövsümündə UEFA Kubokunun finalında Türkiyə təmsilçisi "Qalatasray”a penalti seriyasında uduzan "topçular” indiyə qədər avrokuboklarda II tura təsadüf edən 6 səfər oyununa çıxıblar və heç birində uduzmayıblar – 4 qələbə, 2 heç-heçə.

Komandalar arasında əlaqə

- "Qarabağ”ın hücumçusu İnnosent Emeqara İsveçrə millisində "Arsenal”ın oyunçuları – Stefan Lixtştayner və Qranit Caka ilə komanda yoldaşı olub.

- "Arsenal”ın pleymeykeri Mesut Özil 7 iyul 2011-ci ildə, AVRO-2012-nin seçmə mərhələsində Almaniya yığmasının Bakıda Azərbaycan millisini 3:1 hesabı ilə məğlub etdiyi görüşdə 1 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Baş məşqçilər

- Qurban Qurbanov Azərbaycan millisinin ən yaxşı bombardiridir. O, 64 matça 12 qol vurub. Futbolçu karyerasında çoxlu sayda klub dəyişən 46 yaşlı mütəxəssis məşqçi işində "Qarabağ”da lövbər salıb. Qurbanov bu ilin avqustunda Ağdam komandasının sükanı arxasında 10 illiyini qeyd edib. Qurbanov bu müddətdə ardıcıl 5 dəfə ölkə çempionu olub və 4 dəfə Azərbaycan Kubokunu götürüb. Ən önəmlisi ÇI-in qrupuna vəsiqə qazanan ilk azərbaycanlı məşqçi kimi tarixə düşüb. O, 2017-ci ilin noyabrından paralel olaraq Azərbaycan millisinə də rəhbərlik edir.

- Ardıcıl iki mövsüç Fransa təmsilçisi PSJ-yə rəhbərlik edən və daxili yarışlarda 7 titul qazanan Unai Emeri bu ilin mayında "Arsenal”ın sükanı arxasına keçib. 46 yaşlı mütəxəssis 4 vətənində "Valensiya”ya rəhbərlik edib, qısa müddətdə Rusiya "Spartak”ında işləyib. 2014-2016-cı illərdə isə İspaniyanın "Sevilya” komandası ilə 3 dəfə Avropa Liqasının qalibi olub. O, bu yarışda bam məşqçi kimi oyun sayında rekordçudur.

Qeyd edək ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ” – "Arsenal” oyunu saat 20:55-də start götürəcək. 29 may 2019-cu ildə Avropa Liqasının final matçında bu arenada baş tutacaq. (Report)

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

Facebookdan bizi izləməyi unutmayın.
X