Qazaxıstan Premyer Liqasında XVII turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Riçard Almeydanın çıxış etdiyi "Astana" doğma meydanda "Jetisu"nu qəbul edib. Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Almeyda matça start heyətində çıxıb. Onu 64-cü dəqiqədə İvan Maevski əvəzləyib.
Qeyd edək ki, "Astana" 27 turdan sonra 67 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.
Fanat.Az