Lorenzo Mezzotero”Neftçi”ni tərk edir.
Fanat.Az xəbər verir ki, 10 yaşı olmasına baxmayaraq sərgilədiyi oyun, vurduğu qollarla diqqət mərkəzinə düşən istedadlı italyan dekabrda ABŞ-a köçəcək. Atası Sercio Mezzoteronun çalışdığı şirkət tərəfindən okeanın o tayına göndərilməsi "Neftçi” – Lorenzo əməkdaşlığının da vaxtından əvvəl sona çatmasını şərtləndirib.
Çoxlarının 7-8 ildən sonra Azərbaycan millisinin hücumçu problemini aradan qaldıracaq superistedad saydığı balaca bombardir gələn ildən Texas ştatında – Hyüston şəhərində yaşayacaq. Onun futbolla harda məşğul olacağı dəqiqləşməsə də, atasının üz tutacağı ilk ünvanın MLS klubu "Hyüston Daynamo” olacağı dəqiqdi.
Fanat.Az