Almaniyanın II Bundesliqasında IX turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Dmitri Nazarovun çıxış etdiyi "Aue" bu turda "Holştayn"ı qəbul edib və 2:1 hesablı qələbə qazanıb.
Dmitri Nazarov 86-cı dəqiqədə meydana çıxıb. Millimizin üzvü 90+1-ci dəqiqədə komandasının qələbə qolunu vurub.
Qeyd edək ki, "Aue" 9 turdan sonra 10 xalla 13-cü pillədə qərarlaşıb.
Fanat.Az