22:10 06.01.2019 2552

Palçıqdakı donuzun xoşbəxtliyi

Şərq təqvimi, qərb təqvimi, fərq etməz, gələcəkdən xəbər tutmaq həvəsi buna bənzər şeylərin yaranmasıyla sonuclanıb. Yeni ilin hansı simgə üzərində təhvil verilməsi isə həmişə adamı maraqlandırır. 

Ümid əlacsızların əbədi silahdaşıdı. Dərdinə əlac tapılmayan Azərbaycan futbolunun da yeni-yeni ümidlərə ehtiyacı var. Görəsən, "İt ili”ni suyu süzülə-süzülə yola salan futbol ictimaiyyəti "donuz”dan – "qaban”dan nə umur? Baxdığını görə bilənlərsayağı baxışdan keçirək, ipucları tapaq.

AFFA-nın baş katibi Elxan Məmmədovun milli komandalardakı radikal məşqçi dəyişiklikləri - çirkin "süpürgə əməliyyatı” "qırmızı köpəy”i utandırdı. 2019-cu ildə ölkə futbolunun xərçəng xəstəliyi sayılan "vəzir”in çevrilişi bəhrə verməyəcək. "Almanlaşma” siyasəti fiaskoya uğrayan qurumun rəhbərliyi özündən yuxarıdakıları əsassız vədlərlə aldadıb və bu idman növünün inkişafını növbəti dəfə ləngidib. 

Artıq Məmmədov və qulbeçələrini səriştəsiz təyini ilə qamçılamaq da olmaz. Bu, planlaşdırılmış, varlığıyla yoxluğu bilnməyən futbol veteranlarının dəstəyi ilə həyata keçirilmiş mənəvi cinayətdi. Həlledici fiqur "çəki”sini itirəcəyindən qorxan adamın repressiyasıdı. Yox, Qurban Qurbanovun və bacarığına güvənib aşağı yaş qrupları üzrə millilərə məsləhət gördüklərinin repressiya qurbanları olduğunu düşünmürəm. Kimlərinsə şəxsi mənafeyi üzündən Sibirə sürgünə göndərilən, sinəsi dəlik-deşik edilən, hələ də ayaqlarını yerə basmağa özündə taqət tapmayan balaca, şikəst körpə - futbolumuz oldu. Elxan bəyin AÇ-2020 sərsəmləmələrinə özündən və ətrafındakılardan başqa kimisə inandırmaq çətin məsələdi. Nə yazıq ki, "yuxarılar” inandılar... "Qaban”ı yola salaq, 2020-ci ildə, "Siçan ili”ndə gizlənməyə siçan dəliyi axtaranları görəcəyik.

Ağ-qara arzular "at”a minsəydi, başqa məsələ... "Donuz”a ümid azdı. Bir halda ki, Qurban bəy "köhlən atlar”a ayırmağa daha çox vaxt tapacaq, deməli, lap azdı. Hə, "Neftçi”ni deyirəm. Bakı təmsilçisi yaxşı başladı, ili də turnir cədvəlinin zirvəsində tamamladı. Ancaq "xalq komandası”nın xalqın komandasıyla mübarizə aparmağa, "taxtda qalmağa” böyük ehtimalla gücü çatmayacaq. Niyəsi haqda hamıya bəlli həqiqətləri yazmağa belə dəyməz. Görünən kəndə nə bələdçi...

Qol-budaq atmış ağacı yıxmaq asan deyil. Böyük nüfuz sahibini səssiz-səmirsiz aradan götürmək də həmçinin. "Futbol qəbiristanlığında gömülən adlar”ı xatırlasaq, bəs edər. Təəssüf ki, 21-ci əsrdə yaradılan çoxsaylılar arasında ən yaxşı böyüyənlərdən birini də zaval vurub. Birvaxtlar başqalarından "oyunçu qoparmasıyla” ad çıxaran "Qəbələ” yavaş-yavaş gedir. Öncə klub tarixinin ən uğurlu baş məşqçisi getdi, sonra ödənişli legionerləri, ardından da Təmkin Xəlilzadənin timsalında ayağı top tutan yerliləri... Şər deməsən, xeyir gəlməz. Bəlkə də bir qədər dərindən getdim. Amma bu qoxu, bu avaz yaman tanışdı. 

Frits Stuxlikin rəhbərlik etdiyi Hakimlər və Hakim-İnspektorlar Komitəsini yad etmədən ilin ilk yazısını bitirmək ədalətsizlik olar. Sabiq Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla Hakim-İnspektorlar Komitəsinin keçmiş sədri Gülağa Cabbarovun ikisinin bildiyi Stuxlikin qafasındakından azdı? "Hə” cavabı verənlərlə razılaşanları qınamıram. Hərənin öz fikri var. Lakin rüşvət aldıqlarına görə dəfələrlə rüsvay olanların avstriyalının böyür-başına şam kimi düzülməsi rəzalətdi. İnkişafa kim nail olacaq? Elçin Məmmədov? Futzal üzrə kurator pərdəsi altında təyinatlara "barmaq edən” adam – AFFA-nın boz kardinalı öz işində, öz imicindədi. Başqa adları da sadalaya bilərəm. Amma Məmmədov varsa, hamısı kölgədə qalır. Tələsməyin, tezliklə donuz xortultusu fit səsinə qarışacaq...

Papağınızı fırladın, "donuz” da 12 illik "istirahətə çəkiləcək”. Gələn il bu vaxt birillik zaman kəsiyində nəyin dəyişdiyini aydınlaşdırmaq istəyənlər geridə bir yığın neftli palçıq, palçığın ortasında da burnunda ölkə futbolunun rəmzi topunu fırladan donuzdan başqa nəsə sezməyəcək. Partlayana qədər yemiş, löhməyə ağnamış donuz xoşbəxt-xoşbəxt xortuldayacaq. Təbii, o an o donuzdan daha xoşbəxt kimsə tapılmayacaq. Gözlərinizi bərk-bərk yumun, mənzərəni canlandırmağa çalışın. Bu, sonu əvvəldən görünən başlanğıcın rəsmidi.

"Futbol+" qəzeti
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
15:40

İspaniya millisinin üzvü "Arsenal"da -RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

Facebookdan bizi izləməyi unutmayın.
X