Azərbaycanın U-21 millisinin mart ayında Belarus U -21 millisi ilə Bakıda planlaşdırılan yoxlama oyunu baş tutmayacaq.
Fanat.Az azerisport.com-a istinadən xəbər verir ki, buna Belarus tərəfinin matçdan imtina etməsi səbəb olub.
U-21-in yeni baş məşqçisi Milan Obradoviçin martın 25 və ya 26-da təlim-məşq toplanışı çərçivəsində Bakıda yoxlama oyunu keçirilməsini istədiyi bildirilir. Əgər başqa millilərlə də danışıqlar alınmasa, o zaman U-21 Premyer Liqa təmsilçisindən biri ilə qarşılaşacaq.
Fanat.Az