Milli komandamızın üzvü Pavel Paşayevin çıxış etdiyi "Aleksandriya" Türkiyə toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Ukrayna klubu bu ölkənin digər təmsilçisi "Obolon"la qarşılaşıb. Oyun "Aleksandriya"nın 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyuna start heyətində başlayan Pavel Paşayev ikinci hissədə əvəzlənib. Millimizin üzvü 14-cü dəqiqədə ilk qolun ötürməsini verib.
Fanat.Az