Çinin "Quanqzu Everqrande" klubunda çıxış edən Anderson Talişka vətəni Braziliyada fəaliyyət göstərən "Sport Club Olimpia"nı satın alıb.
Fanat.Az xəbər verir ki, bu barədə futbolçu özü açıqlama verib: "Hər zaman bir arzum var idi. Uşaqlıqdan futbolla məşğulam. Peşəkarlığa keçdikdən sonra ciddi şeylər düşünməyə başladım. Maliyyə cəhətdən güvəndiyim insanlarla bir araya gəldim və bu arzumu reallaşdırdım".
Talişka klub prezidentinin anası İvone Souza olacağını bildirib: "Mən tətillərimdə klubun işləri ilə maraqlanacam. Amma prezident olan anam klubun bütün fəaliyyətini təmin etmək üçün vəzifə başında olacaq".
Qeyd edək ki, "Sport Club Olimpia" mart ayından Bahia ştatının yerli çempionatında çıxış edəcək.
Fanat.Az