"Benfika"nın gənc ulduzu Joao Feliks Avropa nəhənglərinin maraq dairəsindədi.
Fanat.Az xəbər verir ki, 19 yaşlı forvard uğrunda "Mançester Yunayted", "Arsenal", "Barselona", "Borussiya" (Dortmund), "Bavariya", "Real" və "Yuventus" kimi klublar mübarizə aparır.
"Yuventus"un idman direktoru Fabio Paratisi Portuqaliya klubunun prezidenti Luis Filipe Vyeira və futbolçunun meneceri Jorge Mendeslə görüşərək müzakirələr aparıb. "Benfika" "Arsenal" və "Mançester Yunayted"in bundan əvvəlki 60 milyon avroluq təklifini rədd etmişdi. "Yuventus" isə 19 yaşlı futbolçu üçün 105 milyon avro təklif edib.
Fanat.Az