İspaniya La Liqasının XXVI turu çərçivəsində bu gün "Barselona" ilə qarşılaşacaq "Real" ciddi itki ilə üzləşib.
Fanat.Az xəbər verir ki, komandanın kapitanı Serxio Ramos sıradan çıxıb. "Barselona" ilə "Kral Kuboku"nun 1/2 final mərhələsinin oyununda komanda yoldaşı Kasemiro ilə toqquşan futbolçunun dizaltı vətərində problem yaranıb.
Qeyd edək ki, bu gecə "Santyaqo Bernabeu" stadionunda keçiriləcək "Real" - "Barselona" oyunu Bakı vaxtı ilə 23.45-də başlayacaq.
Fanat.Az