Son günlər gündəmdən düşməyən "İnter"in futbolçusu Mauro İkardinin həyat yoldaşı və meneceri Vanda Nara açıqlama verib.
Fanat.Az xəbər verir ki, "Marca"ya danışan futbolçunun xanımı ərinin "Real"a transferinin ona görə baş tutmaması ilə bağlı xəbərləri təkzib edib: "Muuronun "Real"a transfer olunmamasının mənimlə əlaqəsi yoxdu. Bizim "Real"a hörmət edirik və artıq bu şaiyələrin başa çatmasını istəyirik".
Qeyd edək ki, bir müddət əvvəl "Real"ın İkardinin transferindən arvadının onun işlərinə həddən artıq çox qarışması və daim gündəmdə olması səbəbindən itina etdiyi iddia olunmuşdu.
Fanat.Az