Türkiyə Super Liqasında XXIV turun oyunları davam edir.
Fanat.Az xəbər verir ki, "Qalatasaray" ötən axşam səfərdə "Ərzurumspor"la qarşılaşıb və 1:1 hesablı heç-heçə ilə vacib iki xal itirib. Meydan sahiblərinin qoluna Raşad Məhəmməd, qonaqların qoluna isə Yunes Belhanda imza atıb.
Lider "Başakşəhər" isə səfərdə "Malatyaspor"u iki cavabsız qolla məğlub edib. Qolları rəqin qapısına Əmrə Bələzoğlu (penalti) və Edin Viska vurub. Abdullah Avcının komandası bu qələbə ilə ən yaxın izləyicisi "Qalatasaray"la xal fərqini 8-ə yüksəldib.
Fanat.Az