Türkiyənin "Kasımpaşa" klubunun baş məşqçisi Mustafa Dənizli xəstəxanaya yerləşdirilib.
Fanat.Az xəbər verir ki, ötən axşam keçirilən Super Liqanın "Trabzonspor"la matç zamanı özünü pis hiss edən mütəxəssis fasilədə xəstəxanaya aparılıb. Onun əvəzinə komandanı meydana köməkçisi Sarp Yigit çıxarıb.
Təzyiqi yüksələn Dənizlinin özünü yaxşı hiss etdiyi bildirilib.
Qeyd edək ki, Musatafa Dənizli 2013/14 mövsümündə "Xəzər Lənkəran"ı çalışdırıb.
Fanat.Az