"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger FIFA-dan təklif alıb.
Fanat.Az xəbər verir ki, qurumun prezidenti Canni İnfantino fransız mütxəssisə texniki inkişaf sahəsində iş təklif edib.
Venger təklifi qəbul etsə, texnologiyanın futbola uyğunlaşdırılması üzərində fəaliyyət göstərəcək. O, həmçinin texnoloji yeniliklərin oyun və hakimliklə bağlı qaydalara tətbiqinə çalışacaq.
"LeParisien"inin məlumatına görə, Venger hazırda Sürixdədi.
Qəzet yazır ki, fransız mütəxəssisə FIFA-dan başqa təkliflər də var. Belə ki, PSJ ona idman direktoru vəzifəsini təklif edib.
Fanat.Az