"Real" baş məşqçisi Santyaqo Solari ilə bağlı qərar verib.
Fanat.Az "ESPN"ə istinadən xəbər verir ki, "Kral Klubu" çalışdırıcısı ilə yollarını ayırmaq qərarına gəlib.
Qərarın yaxın günlərdə rəsmən açıqlanacağı deyilir.
Qeyd edək ki, "Real" Çempionlar Liqasının 1/8 final final mərhələsində "Ayaks"a, "Kral Kuboku"nun yarımfinalında "Barselona"ya uduzub. Komanda La Liqada əzəli rəqibindən 12 xal geri qalır.
Fanat.Az