UEFA və İngiltərə Futbol Federasiyasının maliyyə yoxlamalarına başladığı "Mançester Siti" növbəti zərbəni baş məşqçisi Pep Qvardioladan ala bilər.
Fanat.Az xəbər verir ki, İtaliyanın "Il Giornale" qəzetinin müxbiri Luici Guelpa kataloniyalı mütəxəssisin gələn mövsüm A Seriyasında çalışacağını iddia edib. Onun sözlərinə görə, 48 yaşlı məşqçi Massimiliano Alleqri ilə yollarını ayırmağa hazırlaşan "Yuventus"la anlaşıb.
"Pep Qvardiolanın "Yuventus"la 4 illik müqaviləni razılaşdırdığını öyrəndim. Bu məlumatı mənə Kriştiano Ronaldonun "Yuventus"a transfer olunduğunu deyən şəxs söylədi" deyə Luici Guelpa bildirib.
Fanat.Az