Zaqreb "Dinamo"sunun futbolçusu İyayi Atyemven sevgilisi İva Bosnyakı döyərək öldürməyə çalışıb.
Fanat.Az "24Sata"ya istinadən xəbər verir ki, nigeriyalı forvardla sevgilisi arasında bilinməyən səbəbdən mübahisə düşüb. Bir qədər sonra futbolçu əsəblərinə hakim ola bilməyərək İva Bosnyakı döyərək ölürməyə çalışıb.
Bu barədə açıqlama verən İva Bosnyak "Bir anda mübahisə etməyə başladıq. Sonra məni itələdi və başıma vurmağa başladı. Boğma çalışarkən qışqırdım. Daha sonra qaçıb tualetə girdim və qapını kilidlədim" deyib.
Qeyd edək ki, Atyemven yanvarda "Qoritsa" klubundan 2,65 milyon avroya "Dinamo"ya transfer olunub. 23 yaşlı hucumçu bu mövsüm iki komandada keçirdiyi 22 oyunda 8 qol vurub və 4 məhsuldar ötürmə edib. Türkiyənin "Ərciyəsspor", "Çaykur Rizəspor", "Şanlıurfaspor" və "Manisaspor" klublarında çıxış edib.
Fanat.Az