Çempionlar Liqasında mübarizəni dayandıran PSJ-nin başı "Maliyyə Fair-Playı" qaydaları ilə dərrədi.
Fanat.Az xəbər verir ki, turnirlə vidalaşdığı üçün böyük gəlirdən məhrum olan Paris klubuna təcili 80 milyon avro lazımdı.
Kənardan kluba vəsait cəlb edə bilməyəcək rəhbərlik futbolçu satmaq məcburiyyətindədi. Əks halda Paris təmsilçisi avrokuboklardan kənarda qalacaq. PSJ-nin bu vəsaiti tapmaq üçün iyunun 30-dək vaxtı var
"Le10Sport"un xəbərinə görə, PSJ Ciovani Lo Çelskonun satışından 25 milyon avro əldə edəcək. Qalan 55 milyon avroluq boşluq isə Jese, Kristofer Nkunku, Tomas Meunyer, Edinson Kavani və ya Angel Di Marianın satışı ilə doldurula bilər.
Fanat.Az