Braziliya millisinin və "Santos"un sabiq futbolçusu Antonio Vilson Vieyra Onorio dünyasını dəyişib.
Fanat.Az xəbər verir ki, Koutinyo kimi tanınan hücumçu 76 yaşında vəfat edib.
Qeyd edək ki, Koutinyo karyerası ərzində Braziliyanın "Santos", "Vitoriya", "Portuquesa", "Banqu", "Saad" və Meksikanın "Atlas" klublarında çıxış edib.
1960-1965-ci illərdə Braziliya yığmasına dəvət alan forvard Çilidə təşkil edilmiş "DÇ-1962"nin qalibi olub. Finalda "sambaçılar" Çexoslovakiyaya qalib gəliblər - 3:1.
Fanat.Az