"Azərbaycan millisində gözləntim daha çoxdu. Çünki klubumda 5 dəqiqədən daha az oynayıram. Xorvatiya turnirə tam heyətlə gəlir. "Real"dan Luka Modriç, "Barselona"dan İvan Rakitiç kimi futbolçularla qarşılaşmaq istənilən futbolçunun karyerasında əsas məqamlardan biridi. Onları çox vaxt televiziyada görmək olur".
Fanat.Az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov deyib.
II Bundesliqa klubu "Aue"nin formasını geyinən futbolçu Almaniya mətbuatına açıqlamasında əsas heyətə düşə bilməməsindən narazı olduğunu söyləyib: "Duysburq"la oyunda qol vurmaq imkanım var idi. Ancaq rəqib qapıçı zərbəyə çox yaxşı reaksiya göstərdi. "Paderborn"la son görüşdə də az meydanda oldum. Qısa müddətdə topla çox oynamaq çətindi. Xüsusən də, gərginlik və həyəcan içində keçən son dəqiqələrdə. Heç kim məndən 4 dəqiqə ərzində nəyisə dəyişməyi gözləyə bilməz. Nağıl danışmağa ehtiyac yoxdu. Meydanda keçirdiyim müddətdən narazıyam".
Fanat.Az